NAMAZ VAXTLARI:
  • FƏCR 06:06
  • GÜN 07:27
  • ZÖHR 12:54
  • ŞAM 18:39
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Lavrov: ABŞ, Suriya və Türkiyə sərhədində çaxnaşma yaradır

Oxundu: 1044
Lavrov:  ABŞ, Suriya və Türkiyə sərhədində çaxnaşma yaradır

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Suriya-Türkiyə sərhədindəki təhlükəsizlik problemi ABŞ-ın fəaliyyətinin nəticəsidir.

 

"Suriya-Türkiyə sərhədində təhlükəsizlik probleminə gəlincə, bu problem, ilk növbədə, ABŞ-ın həmin ərazilərdən öz xüsusi təyinatlılarını, hərbi müşavirlərini və, bunun nəticəsi olaraq, onlara loyal bölmələri çıxarmaq qərarı nəticəsində yaranıb.

 

Şübhəsiz ki, belə bir vəziyyət orada boşluğa yol verməmək üçün təxirəsalınmaz addımların atılmasını tələb edir", - deyə Lavrov bildirib.

Onun sözlərinə görə, Rusiya Türkiyə və Suriyanın bu məqsədlə 1998-ci ilin Adana sazişindən istifadəsini tamamilə mümkün hesab edir.

"Başa düşdüyüm qədər, bu günlərdə Suriya hökuməti də sərhədlərin təhlükəsizliyi rejiminin təmin edilməsi üçün bu saziş əsasında işləməyə hazır olduğunu bildirən bəyanat yayıb", - deyə nazir qeyd edib.

O əlavə edib ki, təhlükəsizliyin təmin edilməsi başlıca vəzifə olmalıdır.

Xatırladaq ki, daha öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bufer zonasının Suriyanın şimalında yaxın aylarda yaranacağını bildirib. Suriyanın şimal-şərqində təhlükəsizlik bufer zonasının yaradılması Ərdoğanın Rusiya lideri Vladimir Putinlə Moskvadakı danışıqlarının mövzularından biri olub.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system