Lavrov: “ABŞ kürd separatçılarının əliylə Suriyanın neft və qaz ehtiyatlarını nəzarət edən yeni dövlət qurmaq istəyir”

Oxundu: 64
Lavrov: “ABŞ kürd separatçılarının əliylə Suriyanın neft və qaz ehtiyatlarını nəzarət edən yeni dövlət qurmaq istəyir”

ABŞ Suriyanın şimalında və Fərat çayının şərqində neft yataqlarına nəzarət etmək üçün Fars körfəzindəki ölkələrin iştirakı ilə bir dövlət qurmaq istəyir.

İslaminSesi xəbər verir ki, bu iddianı Rusiya Xarici İşlər naziri Sergey Lavrov irəli sürüb.

 

Paris Sülh Forumundakı çıxışında Sergey Lavrov deyib: "ABŞ Fərat çayının şərq sahilində qondarma bir dövlət qurmaq üçün əlindən gələni edir.  Suriyanın bu hissəsini parçalamaq və oradakı neft yataqlarına nəzarət etmək üçün Demokratik Suriya Qüvvələri (DSG), YPG və digər kürd qüvvələrinin əliylə yerli bir hökumət qurmağa çalışır. Bu layihəyə Körfəz ölkələrindən böyük sərmayə qoymağı tələb edir”.

 

Rusiyanın Suriya hökuməti ilə birlikdə xaricə sığınan suriyalıların geri qayıtması və ölkənin yenidən normal həyata keçməsi, ölkə iqtisadiyyatının bərpası üçün lazımi şərtləri təmin etməyə çalışdığını ifadə edən Lavrovun iddiasına görə, ABŞ isə regional müttəfiqlərinə bu işə investisiya qoymağı qadağan etdiyini deyib.

 

Lavrovun fikrincə, rəsmi Dəməşq və kürdlər arasında dialoq qurulmalı və tərəflər bu dialoqda ardıcıl olmalıdırlar./Ovqat.com/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system