Küveytin parlament sədri “Əsrin sazişi"ni zibil qutusuna atdı – VİDEO

Oxundu: 1895
Küveytin parlament sədri “Əsrin sazişi

Küveyt parlament sədri Mərzuq əl-Ganim, ABŞ prezidenti Donald Tramp və İsrail Baş naziri Benyamin Netanyahunun Fələstinlə bağlı birgə hazırladıqları “əsrin sazişi” layihəsini zibil qutusuna atıb.

 

İslaminSesi xarici KİV-ə istinadən xəbər verir ki, bir neçə gün öncə Küveyt parlamenti “əsrin sazişi” layihəsinin müzakirəsi ilə bağlı növbədən kənar toplantı keçirib.

 

Toplantıda layihəni tənqid edən Küveyt parlament sədri Mərzuq əl-Ganim, adıçəkilən layihəni tənqid edərək bunu işğalçı plan adlandırıb və etiraz olaraq əlindəki layihə sənədlərini "Əsrin sazişi adlanan bu kağızın yeri tarixin zibil yeşiyidir" deyərək onları zibil qutusuna atıb.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system