Küveyt baş naziri istefa verdi: Ölkənin əmniyyətinə görə

Oxundu: 76
Küveyt baş naziri istefa verdi: Ölkənin əmniyyətinə görə

Küveyt əmirliyinin baş naziri Şeyx Cabir Mübarək Əl-Həməd əl-Sabah istefa verib.

 

İslaminSesi Almayadeen-ə istinadən xəbər verir ki, baş nazir öz istefa tələbini bu gün Əmir Şeyx Sabah Əl-Əhməd Əl-Caber əl-Sabaha təqdim edib.

 

Reuters-in xəbərinə görə bu barədə Küveyt hökumət nümayəndəsi Tariq əl-Müzarram açıqlama verib.

 

Hökümətin istefaya getməsinin səbəbi yüzlərlə vətəndaşın korrupsiya əleyhinə və islahatlar tələbi ilə Milli Məclis qarşısında etiraz aksiyalarına başlaması ilə əlaqələndirilib.

 

Həmçinin Küveyt Məclisinin bir sıra deputatlarının üç nazirliyə: daxili İşlər, Maliyyə və İqtisad Nazirliklərinə vəziyyətlə əlaqədar sorgu göndərdikləri də bildirilir.

 

Küveyt parlamentinin bir sıra keçmiş deputatlarının və qızlardan ibarət böyük bir kütlənin Parlament binası qarşısında islahat tələbi və korrupsiyaya bulaşanların hesab verməsi tələbi ilə aksiya keçirdikləri bildirilir.

 

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system