NAMAZ VAXTLARI:
  • FƏCR 06:11
  • GÜN 07:36
  • ZÖHR 12:27
  • ŞAM 17:36
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 843 2533
HAVA PROQNOZU:

İSLAM

Oxundu: 216
“Kürdüstandakı referendum bölgə xalqının faciələri ilə nəticələnəcək”

“Kürdüstandakı referendum bölgə xalqının faciələri ilə nəticələnəcək”

“Müstəqillik referendumunun keçirilməsi kürd partiyaları və qruplarının arasında da ixtilaflara səbəb olacaq. Bu bölgədə ixtiyarsız baş verən toqquşma və qarşıdurmalar həmin ərazilərdəki zülm görmüş insanların daha çox müsibət və faciə görməsi ilə nəticələnəcək”

İslaminSesi.info TasnimNews-a istinadla xəbər verir ki bunu İranın Milli Təhlükəsizlik Şurasının baş katibi kontr-admiral Əli Şəmxani deyib.

 

İranlı kontr-admiral ötən günkü çıxışında bildirib ki, hegemonçuluq edənlər İŞİD-lə bir yerə vara bilmədilər indi isə yeni plana əl atıblar.

 

İranın Milli Təhlükəsizlik Şurasının katibi İraqın Kürdüstan Regional Hökumətinin nəzarətindəki ərazilərdə müstəqillik rüfüründumunun keçirilməsinin mənfi nəticələri haqda danışaraq, kürdləri bu işdən çəkindirib.

 

“İndi ki terrorla mubarizədə olan ölkələrin səyi ilə bölgədə təkfirçilik cərəyanı aradan gedir, həyata keçiriləcək bəzi naşı addımlar yeni qarşıdurmaların səbəb olacaq və təhlükə yaradacaq”

 

Referendumun bir nəticəsi olaraq, kürd ictimaiyyətinin İraqın hakimiyyət dairələrindəki rolunun və fürsətlərinin aradan getməsi kimi qiymətləndirən Əli Şəmxani belə əlavə edib:

 

“Müstəqillik referendumunun keçirilməsi kürd partiyaları və qruplarının arasında da ixtilaflara səbəb olacaq. Bu bölgədə ixtiyarsız baş verən toqquşma və qarşıdurmalar həmin ərazilərdəki zülm görmüş insanların daha çox müsibət və faciə görməsi ilə nəticələnəcək”

 

Xatırladaq ki İraqda Kürdüstan Regional Hökuməti müstəqillik referendumun cari ayın 25-də keçiriləcəyini planlaşdırıb.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system