NAMAZ VAXTLARI:
  • FƏCR 06:27
  • GÜN 07:54
  • ZÖHR 12:35
  • ŞAM 17:33
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Kürdlər Afrin yaxınlığında bir şəhəri Suriya Ordusuna təhvil veriblər

Oxundu: 317
Kürdlər Afrin yaxınlığında bir şəhəri Suriya Ordusuna təhvil veriblər

Kürdlər Afrin yaxınlığında yerləşən Təll-Rəfat şəhərini Suriya Ordusuna təhvil veriblər.

İslaminSesi.info Sputnik-ə istinadla xəbər verir ki, bu barədə Suriya Ordusu mənbələri məlumat verir.

 

Bildirilib ki, Suriya Ordusu qüvvələri Təll-Rəfat şəhərində yerləşiblər.

 

Suriya Ordusu mənbələri bildirib ki, Təll-Rəfat şəhərində yerləşmə Türkiyənin və onun dəstəklədiyi “Azad Suriya Ordusu”nun Afrini mühasirəyə almasına mane olacaq.

 

Xatırladaq ki, son iki gündə iki mərhələdə Afrinə suriyalılardan ibarət 800-ə yaxın canlı qüvvə və hərbi karvan daxil olub.

 

Lakin Türkiyə Ordusu ötən gün Afrinə girən təqribən 40 maşından ibarət maşın karvanını vurduğunu bildirib. Türkiyə Ordusu Hələbdən Afrinə gedən əz-Ziyarə keçidindəki maşınları vurduğunu bəyan edib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system