NAMAZ VAXTLARI:
  • FƏCR 03:23
  • GÜN 05:10
  • ZÖHR 12:42
  • ŞAM 20:33
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Kürdəmirdə mişar daşı ilə yüklü "Kamaz" aşdı

Oxundu: 717
Kürdəmirdə mişar daşı ilə yüklü

Kürdəmir rayonunda yol qəzası baş verib.

"İslaminSesi.info" nın məlumatına görə, hadisə bu gün günorta saatlarında Bakı-Qazax avtomobil yolunun rayonun Atakişili kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Belə ki, Kəlbəcər rayon sakini, 1984-cü il təvəllüdlü Tərxan Vahid oğlu Məmmədovun idarə etdiyi "KamAZ" markalı yük maşını idarəetməni itirərək aşıb. Nəticədə yük maşınındakı mişar daşları asfalta dağılıb və yol qısa müddətdə birtərəfli qaydada bağlanıb. Hərəkət yalnız xüsusi texnikanın köməkliyi ilə bərpa olunub.

 

Hadisə nəticəsində sürücü xəsarət alıb və ona lazımi tibbi yardım göstərilib.

 

Faktla bağlı araşdırma aparılır.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system