NAMAZ VAXTLARI:
  • FƏCR 03:23
  • GÜN 05:11
  • ZÖHR 12:42
  • ŞAM 20:34
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 128
Kürdəmirdə əcnəbini vurub qaçan sürücü saxlanılıb

Kürdəmirdə əcnəbini vurub qaçan sürücü saxlanılıb

Kürdəmir rayonunda piyadanı vurub hadisə yerindən qaçmaqda şübhəli bilinən sürücü saxlanılıb.

"İslaminSesi.info"  DİN-ə istinadən verdiyi xəbərə görə, bu il martın 25-də saat 21 radələrində Baş Dövlət Yol Polisi İdarəsinin Kürdəmir rayonu ərazisindəki stasionar postundan Rayon Polis Şöbəsinə Stansiya Karrar kəndi ərazisində bir nəfərin avtomobillə vurulması barədə məlumat daxil olub.

 

Yol polisi əməkdaşları dərhal yaralını xəstəxanaya çatdırıblar. Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla həmin şəxsin əcnəbi vətəndaş İnayatxon Nauruzova olduğu və yolu keçərkən avtomobillə vurulduğu müəyyən edilib.

 

Faktla bağlı cinayət işi başlanılıb.

 

Həkimlərin səyinə baxmayaraq ağır bədən xəsarətləri almış qadının həyatını xilas etmək mümkün olmayıb və o, martın 30-da xəstəxanada vəfat edib.

 

İstintaq və əməliyyat-axtarış tədbirləri ilə yol nəqliyyat hadisəsinin “Mercedes” markalı avtomobillə törədildiyi müəyyən edilib. Yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən həmin avtomobili idarə edən Qazax rayon sakini Rauf Musayev saxlanılaraq istintaqa təhvil verilib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system