NAMAZ VAXTLARI:
  • FƏCR 05:04
  • GÜN 06:25
  • ZÖHR 12:34
  • ŞAM 18:59
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Kriptovalyuta manatı əvəzləyə bilər...

Oxundu: 73
Kriptovalyuta manatı əvəzləyə bilər...

Kriptovalyuta - virtual valyutanın bir növü olmaqla bərabər, elektron ödəniş şəbəkəsidir. Birbaşa internet şəbəkəsində yaradılır və heç bir ölkənin maliyyə valyuta sistemi ilə əlaqəli deyil. Dünyada və ölkədə bu valyuta sisteminə maraq varmı? İnsanlar nə üçün elektron valyutaya etibar edirlər?

 

İslaminSesi bildirir ki, məsələ ilə bağlı kriptovalyutalar üzrə araşdırmaçı Qurbanəli Ömər  Modern.az-a bunları bildirib:

 

“Kriptovalyuta sektoru əslində çox kiçik görünsə də, olduqca böyük bir sahəni əhatə edir. Dünyadakı bütün insanların həyatına daxil olacaq bir şeydir. 1988 ci ildən bəri kriptovalyuta ilə bağlı müxtəlif xəbərlər çıxırdı.Yəni bu yeni yaranmış bir mövzu deyil”.

  

Araçdırmaçı qeyd edib ki, kriptovalyutanın ortaya çıxması birbaşa olaraq “ Blockchain” texnologiyasının adı ilə bağlıdır:

“İnsanlar məhz bu texnologiyanın üstünlüklərinə güvənərək bu sektora yatırım edirlər. 2008 ci ildə Amerika Birləşmiş Ştatları istədiyi məbləğdə FED-ə dollar yatırım etdi. Bir çox ölkələr dollardan istifadə etdiyi üçün, dolların dəyərdən düşməsi dünyada iqtisadi böhrana səbəb oldu. Bitkoini Satoshi Nakamoto adlı şəxs yaradıb. O, bitkoin fəlsəfəsində nəyi ortaya atdı? Bitkoin məhduddur, o dollar kimi istənilən qədər basıla bilinməz. Məhz dollardan üstünlüyü də onun məhdud olmasında idi. Alqoritm elə qurulub ki, istənilən qədər basıla bilmir. 2140-cı ilə qədər maksimum 21 milyon ola bilər. Bunu qızıl kimi düşünmək lazım. Qızıl da bitkoin kimi məhduddur. Ona görə bitkoini  “internetin qızılı” adlandırırlar. Riyazi həllər məhdud olduğuna görə bitkoinin dəyəri həmişə yüksək olur. İnternetin dolları hesab edilir. Bundan başqa heç bir üstünlüyü yoxdur”.

 

Qurbanəli Ömər insanların bitkoinə nə üçün etibar etməli olduğunu da dilə gətirib.

 “Ona görə ki, burda aparılan əməliyyatlar şəffafdır. Burda saxtakarlıq ola bilməz. Bir insanın digərinə nə qədər pul göndərdiyi Blokchain də görsənir, yəni hər bir şey izlənilir. Bu əməliyyatlar hər hansı bir bürokratik əngəl tanımır. Çünki, burda bank əməliyyatçısı yoxdur. Bank əməliyyatçısını da internetə bağlı olan qurğular yerinə yetirir. Təssüf ki, Azərbaycanda o qədər də aktiv kriptovalyuta istifadəçisi yoxdur. Qonşu ölkələrlə müqayisə etsək, Türkiyədə bir neçə rəsmi kriptovalyuta birjaları var. Məhz buna görə dünya statistikasına nəzər salsaq, Türkiyə öndə dayanır. Çünki burda rəsmi birjalar var və kim nə qədər aldı onların statistikası bəlli olur. Özlərinin yerli startapları da var. Rusiya, Qazaxıstan və s. ölkələr də ön sıralarda dayanır.  Öz müşahidələrimə əsasən, Ukrayna, Çin və Hindistanda fırıldaq sistemlərə rast gəlmişəm. Ona görə o ölkələrdə olan insanlara deyərdim ki, biraz ehtiyatlı olsunlar”.

 

Ekspert Azərbaycanda bitkoindən istifadə edənlərin statistikası:

“Azərbaycanda rəsmi statistik rəqəm isə 2017 ci ildə təxminən 5 mindən yuxarı insan kriptovalyuta ilə maraqlanmışdır. Bu da ondan irəli gəlir ki, həmin vaxt bitkoinin dəyəri sürətli şəkildə qalxmışdı. 2017-ci ildə 800 dollardan 20 min dollara qalxdı. Nəticədə bitkoinə maraq daha da artdı. Bizim ölkədə rəsmi olaraq kritovalyuta birjası yoxdur. Kriptovalyuta istehsalı ferması da yoxdur. Ancaq bununla bağlı startap layihələr həyata keçirilir. Azərbaycanda ilk rəsmi qeydiyyatdan keçən layihələrdən biri də OMMA- dır. Bu layihədən qabaq bir neçə layihələr olub. Ancaq Azərbaycanda rəsmi qeydiyyatdan keçməyiblər, başqa ölkələrdə qeydiyyatdan keçiblər. Hazırda statistik göstərici elə də  dəyişilməyib”.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İQTİSADİYYAT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system