NAMAZ VAXTLARI:
  • FƏCR 05:28
  • GÜN 06:48
  • ZÖHR 12:49
  • ŞAM 19:06
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

Kremlin arzuları və ya SSRİ-nin bərpasına gedən yolun başlanğıcı

Oxundu: 310
Kremlin arzuları və ya SSRİ-nin bərpasına gedən yolun başlanğıcı

Mütəllim Rəhimli: “Müasir dünyanın inkişaf dinamikası təsdiq edir ki, indiki dövlətlərin bir araya gələrək hansısa konfederasiya formasında birləşməsi daha çox effektlidir”

 

Neçə müddətdir ki, Belarusla Rusiyanın birləşə biləcəyi haqda informasiyalar yayılır. Bu haqda tanınmış “Blomberg” nəşrinin son məlumatına istinadən, Kreml nüfuzunu qoruyub saxlamaq üçün Belarusu özünə birləşdirmək istəyir. Nəşr qeyd edir ki, Belarusla birləşmə Rusiya üçün cəlbedici ideyaya çevrilib.

 

Xarici mətbuat onu da yazır ki, belaruslarla birləşmə rusiyalılar üçün bir vaxtlar dost olmuş Ukrayna ilə ayrılmanın “kompensasiya”sı ola bilər: “Bundan əlavə, 2024-cü ildə Rusiya lideri Ali Dövlət Şurasının rəhbərliyinə gələ bilər. Sözügedən orqan 1997-ci ildə RF ilə Belarus arasında çərçivə müqaviləsinin imzalanmasından sonra yaradılmışdı. Həmin müqaviləyə əsasən, iki dövlətdən ibarət federasiyanın vahid valyutası, bayrağı və emblemi, ümumi bazarı və vahid məhkəmə sistemi olmalıdır”.

 

Ümumiyyətlə, Rusiyanın keçmiş sovet dövrü ərazilərini tərkibinə qatmaq, SSRİ-ni bərpa etmək, yaxud başqa ad altında yaratmaq ehtimalı mütəmadi olaraq gündəmə gəlir və bu kontekstdə müxtəlif fikirlər var.

 

Bəs yaxşı, Belarusla Rusiyanın birləşməsi mümkündürmü və həmin proses tədricən SSRİ-nin bərpasına gətirib çıxara bilərmi?

 

Bu mövzuda fikirlərini “İslamınSəsi” ilə bölüşən Ədalət Partiyası sədrinin müavini, politoloq Mütəllim Rəhimli dedi ki, SSRİ-nin dağılmasından dərhal sonra Rusiya ilə Belarusiyanın birləşməsi istiqamətində müəyyən addımlar atılıb. Və Belarus rəhbərliyi nə bu ideyanın əleyhinə çıxıb, nə də onu inkar edib:

 

“SSRİ-nin dağılmasından dərhal sonra Rusiya ilə Belarusiyanın birləşməsi istiqamətində müəyyən addımlar atılıb. Və Belarus rəhbərliyi nə bu ideyanın əleyhinə çıxıb, nə də onu inkar edib.”

 

 “Rusiyanın dünyada düşmənləri çoxdur və bu dövləti parçalamağa çalışırlar. Belə bir situasiyada SSRİ-yə və onun dəyərlərinə nifrət, eyni zamanda Rusiyanın güclənməsinin əleyhinə yönəlmiş meyllər bu iki dövlətin birləşməsinin qarşısını alır. Amma mənim fikrimcə, müasir dünyanın inkişaf dinamikası təsdiq edir ki, dövlətlərin bir araya gələrək hansısa konfederasiya formasında birləşməsi daha çox effektlidir. Məsələn, Avropa İttifaqının yaranması Avropa ölkələrinin inkişafına böyük töhfə verir. Bu təcrübədən digər dövlətlərin, keçmiş sovet ölkələrinin də faydalanması mümkündür. Sadəcə bu, SSRİ-nin yaradılması və sosializmin qurulması kimi təqdim edilməməlidir. Əgər belə bir konfederasiya və yaxud ittifaq formalaşarsa, bunu çağdaş dünyada yeni cəmiyyət və dövlət quruculuğu istiqamətində atılan addım kimi dəyərləndirmək lazımdır. Çünki mövcud münasibətlər sistemində dərin böhranlar yaşanmaqdadır. Fikir verin, Türkiyə bir tərəfdən NATO-nun üzvüdür, digər tərəfdən Rusiya ilə müttəfiqliq edir. O baxımdan dövlətlər yeni müttəfiqlər və münasibətlər sistemi axtarır, yeni əlaqələr yaradırlar. Görünən odur ki, yer üzərindəki siyasi təlatümlərin qarşısını almaq və inkişafa adekvat cavab vermək üçün dövlətlərin konfederasiyalarda və ya yeni ittifaqlarda vahid orqanizm kimi birləşməsi zərurətə çevrilib. Bəlkə də Rusiya və Belarusun yaxınlaşması dünyada siyasi güc tarazlığının yaranması baxımından pozitiv addım olardı və regionda sabitliyin bərpasına müsbət təsir göstərərdi. Lakin indi bunun mümkün olacağı o qədər də inandırıcı təsir bağışlamır”.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR MÖVQE XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system