Kremldəki CIA agenti ilə bağlı Rusiyadan RƏSMİ AÇIQLAMA

Oxundu: 91
Kremldəki CIA agenti ilə bağlı Rusiyadan RƏSMİ AÇIQLAMA

Kremldə ABŞ-a xidmət edən CIA agentinin geri çağrıldığına dair iddialara Rusiyadan cavab gəlib.

İslaminSesi - Yeniavaz.com "ria.ru"ya istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin mətbut katibi Dmitri Peskov iddiaların əsassız olduğu söyləyib. Çünki, ABŞ-ın bəhs etdiyi şəxs Kremldə çalışsa da illər öncə işdən çıxarılıb. D.Peskov bildirib ki, Oleq Smolenkov adlı həmin şəxsin vəzifəsi iddia edildiyi kimi prezidentlə birbaşa əlaqəni təmin etmək olmayıb.


Qeyd edək ki, ABŞ rəsmiləri CNN-ə açıqlama verərək bildirib ki, onların Kremldə prezidentlə birbaşa əlaqəsi olan agentləri fəaliyyət göstərib. Hətta, 2017-ci ildə həmin agent Rusiya hökumətinə aid çox gizli sənədləri ABŞ-a ötürüb. Ancaq, Donald Trampın sənədlərlə ehtiyatsız davranması səbəbilə həmin agent ABŞ-a geri çağrılıb.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system