Kreml Putinlə Ərdoğanın Moskvada görüşəcəyini təsdiqlədi

Oxundu: 123
Kreml Putinlə Ərdoğanın Moskvada görüşəcəyini təsdiqlədi

Vladimir Putin Rəcəb Tayyib Ərdoğanla Moskvada görüşəcək.

İslaminSesi Vesti.ru-ya istinadən xəbər verir ki, bunu Rusiya liderinin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, Türkiyə lideri paytaxta 5 martda gələcək.

 

"Rusiyanın Suriyaya dair mövqeyi dəyişməz olaraq qalır. Bunu həm Putin, həm də Lavrov səsləndirib" - Peskov qeyd edib.


"Moskva Soçi razılaşmalarına və Suriyanın ərazi bütövlüyünə riayət etməyi dəstəkləyir və eyni zamanda Ərəb Respublikasını terrorizmlə mübarizədə dəstəkləyir" - deyə "İnterfaks" yazır.


Eyni zamanda, Kreml Rusiyanın "Sputnik" agentliyinin Türkiyədəki işçilərinin həbsindən narahatdır. Peskov ümid etdiyini bildirib ki, bundan sonra jurnalistlər işlərində məhdudiyyətlərlə üzləşməyəcəklər və fevralın 29-da yaşanan hallar bir daha təkrarlanmayacaq.


Xatırladaq ki, ötən şənbə günü etirazçılar İstanbulda "Sputnik" işçilərinin evlərinə girərək onları təhdid edib. Jurnalistlər daha sonra Ankaradakı Ədalət Sarayına aparılib, lakin dindirildikdən sonra sərbəst buraxılıblar.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system