Kravçukdan SENSASİYALI İDDİA: "Ukrayna bir dövlət kimi Rusiyadan 300 il əvvəl yaranıb"

Oxundu: 59
Kravçukdan SENSASİYALI İDDİA:

Sabiq prezident Rusiyanın, özünü Ukraynanın "böyük qardaşı" hesab etdiyinə təəccübləndiyini bildirib

İslaminSesi RİA Novosti-yə istinadla xəbər verir ki, Ukraynanın eks-prezidenti Leonid Kravçuk "112" kanalına verdiyi müsahibə zamanı rəsmi Kiyevin, Ukrayna dövlətçiliyinin Rusiyadan bir neçə əsr böyük olduğu haqda rəsmi Moskvaya cavab verməli olduğunu bildirib.


"Rusiya iddia edir ki, bir dövlət kimi onun kökləri Kiyev Rus dövlətinə, Bizansa və Üçüncü Romaya gedib çıxır. Amma hər kəs bilir ki, Rusiya bir dövlət olaraq yalnız İvan Qroznının dövründə formalaşmağa başlayıb. Bu isə Ukraynanın knyazlıq və dövlət olmasından 300 il sonraya təsadüf edir.Üç yüz illər!" - Kravçuk deyib.


O əlavə edib ki, Kiyev "faktlara və gerçəkliyə əsaslanmalıdır".

 

Kravçuk Rusiyanın, özünü Ukraynanın "böyük qardaşı" hesab etdiyinə təəccübləndiyini bildirib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system