NAMAZ VAXTLARI:
  • FƏCR 06:06
  • GÜN 07:30
  • ZÖHR 12:26
  • ŞAM 17:39
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Oxundu: 1811BÜTÜN YAZILAR
Mübarək Ramazan və İmam Zaman(ə.c) - Quran və insanların baharı
Niyam Aqil
Mübarək Ramazan və İmam Zaman(ə.c) - Quran və insanların baharı
16:35, 13.06.2016

Bütün peyğəmbərlərin, imamların, dini hadisələrin ən kamal və zirvə mərhələsidir İmam Mehdi(ə.c)

Bəlkə də mübarək Ramazan ayının öz köksündə yer verdiyi ən əsas mövzu  İmam Məhdi (ə.c) ilə bağlıdır. Sanki bu ay hər günü, hər əlməti, hər bir mesajı ilə o Son Xilaskarı, Ümidi yada salır, diqqəti məhdəviyyətə, daha konkret desək Sahib Zamana(ə) yönəldir.

 

Ümumiyyətlə əksər dini mövzularda  İmam Məhdi (ə.c) ilə bağlı bir tel, əlaqə mövcuddur. Zatən Adəmdən üzü bəri bütün proseslər bu İmamın quracağı dövlətə doğru getməkdə.

 

Bütün peyğəmbərlərin, imamların, dini hadisələrin ən kamal və zirvə mərhələsidir İmam Mehdi. Necə ki, bütün dini ayin və əmələrin əsas qayəsi də elə odur.

 

Ramazan Quranın baharıdırsa, rəvayətlərə görə, İmam Sahib Zaman(ə.c) da insanların baharıdır. Əgər Ramazan ayında Allah kitabı yeni bir can tapırsa-baharlaşırsa, bütün bəşəriyyət də həqiqi baharı, onun xoş rayihəsini Qaib İmamın zühuru ilə sinəsinə çəkəcək. Təbiətlə yanaşı bəxtlərin də çiçəkləməsi yalnız bu zaman baş verəcək.

 

Min aydan artıq bir gecə də mələklərin eniş yeri İmam Zamanın qəlbidirsə, bu qəlbi ələ gətirmək də hər bir müntəzirin əsas məqsədi olmalı. Allahın razı qaldığı qəlbin-qalanın içinə salmalıdır özünü intizar çəkən şəxs. Yoxsa Axır Zaman fitnələrindən qorunmaq üçün ayrı çıxış yox!

Bəs Ramazan ayında hər namaz ardınca oxuduğumuz "Allahummə, ədxil əla..." duası hansı dövlət qurluşunu yada salır? Bütün bunlar  İmam Məhdi (ə.c) hökümətindən başqa bir hökümətmi reallaşacaq, sizə? Hər dəfə bu duanı oxuyanda könüllər zühur əsrinə pərvazlanmırmı, ruhlar iştiyaq tapırmı bu xoşbəxt dünyaya sarı?

Və ya bu elə Ramazan axşamlarında oxuduğumuz "İftitah" duasının "Dövlətu kərimə"sinin təcəllası deyilmi? Alicanablığın, xeyirxahlığın hakim olduğu idarəçilik sistemi! Həzrəti-Məhəmmədin(s) əxlaqi hökümətinin davamı. Qüdrətlə əxlaqın, alicənablığın, xeyirxahlığın vəhdəti.

İlahi, bu Fitr bayramında zühur, bütün məzlumların bayramlığı olsun! Amin.

YAZARIN DİGƏR YAZILARI