NAMAZ VAXTLARI:
  • FƏCR 05:59
  • GÜN 07:22
  • ZÖHR 12:25
  • ŞAM 17:44
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Oxundu: 4945BÜTÜN YAZILAR
“İslamın insanlara səadət vəd etdiyini müjdə vermək lazımdır”
Bəhruz Camal
“İslamın insanlara səadət vəd etdiyini müjdə vermək lazımdır”
17:18, 11.02.2016

İslamı elə təqdim etmək lazım deyil ki, insanlar dindən qaçsınlar

İlahiyyatçı alim Bəhruz Camal

İslaminSəsi saytı üçün

Bir işə adət edən şəxsin adəti bir dəfəyə yaranmır. Həmçinin həmin adətin tərk olunmasının da zamana ehtiyacı vardır. Məsələn, ağırlıq qaldıranlar ilk öncə yüngül çəkidən başlayırlar. Sonra yavaş-yavaş çəkini ağırlaşdırırlar. Çünki qaldırılan yüngül ağırlıqlar tədricən bədəni daha ağır çəkinin qaldırması üçün hazırlayır.

İnsani fizioloji və psixoloji baxımdan tədricən inkişaf edir. Bioloqlar, psixoloqlar, sosioloqlar insan təkamülünü araşdırdıqda istinad etdikləri əsaslardan biri də insanın təyin olunmuş qaydalar əsasında tədriciən inkişaf etməsindən ibarətdir. Onların insanın həm cismi, həm də psixoloji inkişafının da tədrici olduğunu qeyd edirlər.

Peyğəmbər (s) bu tədrici təkamül prosesindən xəbərdar idi. Ona görə də tövhidə sarı dəvətə Məkkədə başlayır və mərhələ-mərhələ irəliləyir. Əqidə əsaslarının təbliği Məkkədə, idarəçilik məsələlərinin təbliği isə Mədinədə həyata keçir. Şəriət hökümlərinin təbliği də digər məsələlər kimi tədricən həyata keçirilir. Çünki bunun üçün insanlar həm fizioloji həm də psixoloji baxımdan hazırlıqlı olmalıdırlar. Bu da zamanla əldə olunan bir məsələdir. Şəri hökmlərin tədrici bəyan edilməsinə dair şərabın tədricən haram edilməsini misal çəkə bilərik. Bu barədə nazil olan ilk ayə Bəqərə surəsinin 219-cu ayəsi oldu:

يَسْأَلُونَكَ عَنِ الْخَمْرِ وَالْمَيْسِرِ قُلْ فِيهِمَا إِثْمٌ كَبِيرٌ وَمَنَافِعُ لِلنَّاسِ وَإِثْمُهُمَآ أَكْبَرُ مِن نَّفْعِهِمَا

“Səndən şərab və qumar barəsində soruşurlar, de: «O ikisində (onlara mürtəkib olmaqda) böyük günah və insanlar üçün (maddi) mənfəətlər vardır və onların günahı mənfəətlərindən daha böyükdür”.

Sonra başqa bir (Maidə /90) ayə nazil oldu :
يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ إِنَّمَا الْخَمْرُ وَالْمَيْسِرُ وَالأَنصَابُ وَالأَزْلاَمُ رِجْسٌ مِّنْ عَمَلِ الشَّيْطَانِ فَاجْتَنِبُوهُ لَعَلَّكُمْ تُفْلِحُونَ

“Ey iman gətirənlər, həqiqətən şərab, qumar və asılmış bütlər(ə ibadət etmək, onlar üçün qurban kəsmək və həmin qurbanın ətindən yemək) və qumardakı püşk oxları nəcis və murdardır və Şeytanın ixtiralarındandır. Buna görə də onlardan çəkinin, bəlkə nicat tapasınız”.
Allah-taala sonrakı ayədə buyurur (Maidə/91) :

إِنَّمَا يُرِيدُ الشَّيْطَانُ أَن يُوقِعَ بَيْنَكُمُ الْعَدَاوَةَ وَالْبَغْضَاء فِي الْخَمْرِ وَالْمَيْسِرِ وَيَصُدَّكُمْ عَن ذِكْرِ اللّهِ وَعَنِ الصَّلاَةِ فَهَلْ أَنتُم مُّنتَهُونَ

“Həqiqətən Şeytan şərab və qumarla (sizi onlara aludə edib onların düşkünü etməklə) aranızda düşmənçilik və kin salmaq və sizi Allahın zikrindən və namazdan saxlamaq istəyir. Belə isə əl çəkəcəksinizmi?”

Bu ayənin əvvəldəkinə nisbətən daha tünd və şiddətli formada olduğu aydın görünür. Artıq bundan sonra ilk ayədə qeyd olunan məsələni nəzərə alınaraq şərabın və qumarın haram edilməsi mövzusu aktuallaşır və buyurur:
قُلْ إِنَّمَا حَرَّمَ رَبِّيَ الْفَوَاحِشَ مَا ظَهَرَ مِنْهَا وَمَا بَطَنَ

“De: «Həqiqətən mənim Rəbbim (pozğun əqidə və gizlində edilən çirkin əməllər kimi) pis işləri – istər onların aşkar olanını, istərsə də gizlində – haram etmişdir”.

Bir kişi peyğəmbərə dedi: “ Mən gün ərzində beş vaxt namaz qıla bilmirəm, ancaq gün ərzində iki rəkət namaz qıla bilərəm”. Peyğəmbər onunla razılaşdı. O gedir və bir müddət gün ərzində 2 rəkət namazla kifayətlənir. Bir müddətdən sonra namazın şirinliyi onu cəzb edir və namazlarını beş vaxtda qılmağa başlayır”.

Burada Peyğəmbərin (s) Yəmənə ezam etdiyi ilk təbliğatçı Məaz etdiyi tövsiyəni qeyd etmək yerinə düşərdi. Bu tövsiyyələrdən biri caamatı çətinə salmamaq və İslamın onları asanlıq və rahatlığa çıxaracağını göstərmək, digəri isə onları İslama qarşı bədbin etməmək və İslamın onlara ışıqlı gələcək vəd etdiyini müjdə verməkdən ibarət idi. Bu da peyğəmbərin təbliğ konsepsiyasını aşkar şəkildə ortaya qoyur:

1. İslamı asanlıq dini olaraq təqdim edib insanları çətinliyə salmamaq
2. İslamın onlara səadət vəd etdiyini müjdə vermək.

PS: Məmləkətdə bu iki konsepsiyanın praktiki tətbiqində nə qədər müvəffəqiyyətli olmuşuq ki, indi də camaatdan nəyisə tələb edək?!
Gəlin həm özümüzlə, həm də insanlarla səmimi olaq, səmimi...