NAMAZ VAXTLARI:
  • FƏCR 06:28
  • GÜN 07:55
  • ZÖHR 12:35
  • ŞAM 17:34
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

"Koroğlu"da avtobus dayanacaqlarının yeri dəyişdirilir

Oxundu: 156

HUB-lar konsepsiyasına uyğun olaraq Koroğlu Nəqliyyatı Mübadilə Mərkəzində tikinti və yenidənqurma işləri aparılacaq.

Bakı Nəqliyyat Agentliyindən  verilən məlumata görə, məqsəd, Nəqliyyat Mübadilə Mərkəzinin ərazisində sərnişinlərə həm keyfiyyət, həm də təhlükəsizlik baxımından müasir standartlara uyğun xidmətin göstərilməsi üçün zəruri infrastrukturun yaradılmasıdır. Təmir müddətində Mərkəzin fasiləsiz fəaliyyətini təmin etmək üçün ətraf kənd və qəsəbələr üzrə müntəzəm marşrut avtobusları Milli Gimnastika Arenasının dayanacaq məntəqəsində, yəni “Koroğlu” metrostansiyasının piramidalı çıxışının arxasında toplanacaq. Artıq qeyd edilən ərazidə hərəkətin təhlükəsizliyi üçün müvafiq şəraitin yaradılmasına başlanılıb. Bu işlər yekunlaşdıqdan sonra Nəqliyyat Mübadilə Mərkəzi qeyd edilən əraziyə köçürüləcək.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system