DÜNYA

Oxundu: 96
Körfəz ərəb ölkələrinin daxili qarşıdurması idmana da sirayət etdi

Körfəz ərəb ölkələrinin daxili qarşıdurması idmana da sirayət etdi

Səudiyyə Ərəbistanı və komandasının Qətərlə əlaqələrdə olan gərginlik futbol yarışlarına da sirayət edib.

İslaminSesi.info FarsNews-a istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanı, Bəhreyn və Birləşmiş Ərəb Əmirliyi Qətərdə keçiriləcək Körfəz ölkələrinin kuboku futbol yarışlarında iştirak etməyəcklərini bildiriblər.

 

FransPress-in məlumatına görə Körfəz ölkələrinin kuboku yarışlarının təşkilatçıları dəfələrlə 3 ölkəyə göndərilən rəsmi məktubların cavabsız qaldığını deyiblər.

 

Onlar bildiriblər ki, bu 3 ölkə olmasa da onlar yarışları İraq, Küveyt, Qətər, Oman Sultanlığı və Yəmənin iştirakı ilə keçirəcəklər.

 

Qeyd edək ki, Səudiyyə və komandası Qətəri əsasən ərəb dünyasında İxvanul-Muslimin hərəkatını dəstəkləməkdə ittiham edir. Səudiyyə və komandası Qətərlə siyasi və ticari əlaqələri kəsib və bu ölkəyə qarşı sanksiyalar tətbiq ediblər.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system