“Konqresmenlərin hərəkətləri çox ciddi məsələdir” – İlqar Əli

Oxundu: 225
“Konqresmenlərin hərəkətləri çox ciddi məsələdir” – İlqar Əli

“Lavrovun “Qarabağda hərbi əməliyyatlardan söhbət gedə bilməz” deməsi durumun çox acınacaqlı olmasından xəbər verir”

Məlum olduğu kimi, bu yaxınlarda ABŞ Konqresinin Erməni Məsələləri Komitəsinin həmsədri Frenk Pallone, eləcə də digər konqresmenlər Ceki Spir Kançelyan və Cudi Çu Xandəndində olublar. Qondarma separatçı rejimin başçısı Bako Saakyanla görüşən konqresmenlərin həmin rejimə yardım məsələlərini müzakirə etdikləri bildirilir. ABŞ-ın rəsmi şəxsləri, üstəlik, “Artsax”-ı demokratik dövlət də adlandırıblar. Bu isə Minsk Qrupuna həmsədrlik edən bir ölkənin separatçı qurumu əslində müstəqil dövlət olaraq tanıması anlamına gəlir. Hər halda məntiq bunu deyir.

 

Məsələ ilə bağlı İslaminSesi-nə danışan siyasi şərhçi İlqar Əli təəssüf hissi ilə qeyd etdi ki, son zamanlar Qarabağda baş verən hadisələr Azərbaycan cəmiyyəti tərəfindən susqunluqla qarşılanır: “Con dərəcə ciddi və taleyüklü məsələyə Azərbaycan dövləti tərəfindən də hər hansı adekvat cavab verilmir. Hətta cəmiyyətdəki narahatçılıqdan irəli gələn məsələlərə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun müdaxiləsi və “Qarabağda hərbi əməliyyatlardan söhbət gedə bilməz” deməsi durumun çox acınacaqlı olmasından xəbər verir. Bu onu göstərir ki, Azərbaycan heç də ərazi bütövlüyünün təmin olunması ilə bağlı sərbəst addım ata bilmir. Əgər belə olmasaydı Paşinyanın sərsəmləmələrinə çoxdan həlledici cavab verilməliydi”.

 

İ. Əli dedi ki, nə qədər Azərbaycan hakimiyyəti siyasi iradə ortaya qoymayacaq, ABŞ konqresmenlərin və digərlərinin Qarabağda qanunsuz səfərləri ilə bağlı belə xoşagəlməzliklərlə çox üzləşəcəyik: “Belə hallar bir neçə dəfə baş verib. Konqresmenlərin hərəkətləri çox ciddi məsələdir. Odur ki, Azərbaycan hakimiyyəti cəmiyyətdəki narahatçılıqları dəyərləndirməlidir. Əgər bu məsələdə xarici təzyiqlərlə üzləşirsə, o halda xalqın istəyinə əsaslanan addımlar atmalı, buna, ümumiyyətlə Qarabağ probleminə birdəfəlik son qoyulmalıdır”.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR MÖVQE XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system