Konqres Qaşoqçının qatillərinin tapılması üçün “CİA”-ya bir ay vaxt verdi

Oxundu: 93
Konqres Qaşoqçının qatillərinin tapılması üçün “CİA”-ya bir ay vaxt verdi

ABŞ Konqresi CİA-ya bir ay möhlət verib ki, jurnalist Camal Qaşoqçunun qatılının Bin Salman olub-olmadığnı müəyyən etsin.

 

İslaminSesi bildirir ki, “Anadolu”nun xəbərinə görə, ABŞ prezident Donald Trampın kürəkəni və müşaviri olan Jared Kuşner, bu barədə Ağ Ev adından Konqres üzvləri ilə danışıqlar aparıb.

 

Amerika mediasına görə, Kuşner, Konqresdə həm Qaşoqçu, həm də Yəmən müharibəsində Səudiyyənin rolunun araşdırılması barədə danışıqlar aparıb.

 

Mənbənin bildirdiyinə görə Demokrat Nümayəndəsi Tom Malinowski də verdiyi açıqlamada bildirib ki, kəşfiyyatın araşdırmasına görə Muhəmməd bin Salman Qaşoqçu ölümündə hər hansı bir şəkildə məsuliyyət daşayır. Tom Malinowski Milli Kəşfiyyatdan bu barədə dəqiq bir açıqlama tələb etdiklərini də dilə gətirib.

 

Xatırladaq ki, səudiyyəli jurnalist Camal Qaşoqçı 2018-ci ilin oktyabırında Səudiyyənin İstanbul səfirliyində yoxa çıxıb. CİA onun konsulluq binasında Bin Salmanın əmri ilə qətlə yetirildiyini bildirmişdi.

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system