Konqres binasında Bakıdakı “erməni talanları”nın 30 illiyi ilə bağlı tədbir keçirildi...

Oxundu: 83
Konqres binasında Bakıdakı “erməni talanları”nın 30 illiyi ilə bağlı tədbir keçirildi...

Həmsədr ölkədən daha bir "demokratik" çoxüzlülük...

ABŞ Konqresinin otaqlarından birində 1990-cı ilin yanvarında SSRİ-nin son lideri Mixail Qorbaçovun himayə etdiyi sovet və xarici xüsusi xidmət orqanları və bilavasitə daşnak ermənilərin əli ilə 20 Yanvar qətliamına bəhanə qazandırmaq üçün təşkil edilmiş “erməni talanları”nın 30-cu ildönümü ilə bağlı tədbir keçirilib.

 

Xankəndidəki separatçı nəşrlərin yaydığı məlumata görə, bu barədə informasiyanı Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti paylaşıb. Üzdəniraq tədbirdə Konqresin Nümayəndələr palatasının ermənipərst üzvləri, Konqresin bəzi əməkdaşları, Amerikadakı erməni ictimai təşkilatlarının nümayəndələri, keşişlər və s. iştirak edib./Moderator.az/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system