NAMAZ VAXTLARI:
  • FƏCR 04:31
  • GÜN 05:57
  • ZÖHR 12:40
  • ŞAM 19:40
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

Konqoda "Ebola" 600-dən çox adamın həyatına son qoyub

Oxundu: 113
Konqoda

Ötən ilin iyulundan Konqo Demokratik Respublikasında "Ebola" virusundan 600-dən çox insan dünyasını dəyişib.

İslaminSesi-nin belnovosti-yə istinadən verdiyi xəbərə görə, bu haqda ölkənin Səhiyyə Nazirliyi rəsmi Twitter səhifəsində məlumat yayıb.

 

Məlumatda bildirilir ki, 2019-cu ilin 18 martına, bazar ertəsinə olan vəziyyətə görə, ümumilikdə 960 xəstəliyə yoluxma faktı qeydə alınıb. Onlardan 895-i təsdiqlənib, 65-i ehtimal edilir. 603 nəfər ölüb, 314 nəfər sağalıb. Hazırda Konqoda 172 şübhəli hal araşdırılır.

 

Qeyd olunur ki, cəmi bir gündə - martın 18-də - bu ölkədə 10 xəstə qeydə alınıb, 5 nəfər isə bu xəstəlikdən həyatını itirib.

 

Hazırkı "Ebola" virusu Konqoda artıq 10-cu epidemiyadır. Avqust ayından ölkədə 89 173 nəfər peyvənd olunub.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system