NAMAZ VAXTLARI:
  • FƏCR 05:36
  • GÜN 06:56
  • ZÖHR 12:25
  • ŞAM 18:11
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Kommunist Çinin kapitalist siması – Heyrətamiz iqtisadi-idarəetmə üsulu /Araşdırma/

Oxundu: 701
Kommunist Çinin kapitalist siması – Heyrətamiz iqtisadi-idarəetmə üsulu /Araşdırma/

İqtisadiyyatçı Angela Vanq Çin barədə inanılmaz açıqlamalar verib: "Çin hazırda gələcəyi test nəhəng bir laboratoriya kimidir. Bu laboratoriyaların reallaşdırdığı testlər telefonlarda sonlanır. Hazırda 500 milyon çinli müştəri yalnız telefonla alış-veriş edirlər

"İslaminSesi" bu inanılmaz təhlili sizə təqdim edir.

 

"Bu mənim qardaşımın oğlu Yuan Yuandır. Onun 5 yaşı var. İnanılmaz dərəcədə sevimlidir. Mən bu günlərdə ondan ad gününə nə istədiyini soruşdum. O bir istiqamətli Hörümçək adamın maskasını istədiyini dedi. Onun nə istədiyini anlamasam da, bunu necə əldə edəcəyini ona sual verdim. O gözlərini belə qırpmadan dedi: Mən bunu anama söyləcəm və yatmazdan öncə arzu tutacam. Anam telefonunu sirkələyəcək və poçtalyon onu ertəsi gün mənə gətirəcək. "İstədim onunla azca zarafatlaşım, amma qəfildən anladım ki, uşaq haqlıdır. Bu nəsil üçün alış-veriş bu deməkdir. İndi təsəvvür edin ki, Yuan kimi uşaqların mənim nəslimdən fərqi budur. Onların alış-verişi telefonla reallaşır. Çində hazırda nəhəng bir alış-veriş inqilabı reallaşmaqdadır. Çində elektron alış-veriş pik həddini yaşayır. Bu ABŞ-la müqayisədə iki qat böyümə deməkdir. Bu böyümə də telefonlardan gəlir. Hər il 500 milyon insan telefonla alış-veriş edir. Bunu belə ifadə edə bilərik: Bu ABŞ-ın, Birləşmiş krallığın və Alamaniyanın əhalisinin hamısı deməkdir. Ancaq məsələ elektron ticarətin böyüməsi ilə deyil. Bu həm də ekosistemlərin, yəni iqtisadi zonaların ələ keçirilməsidir. Çinin mobil ticarətli ölkəyə çevrilməsi 5 ildən də az vaxt aldı. Bunun da əsas iki səbəbi iki texnoloji platformanın -Alibaba və Tensentin mövcudluğudur. Onlar e-ticarətin 90% əllərində saxlayırlar. Bu bazarın hamısı, sosial medianın isə 85% deməkdir. Hazırda Çin nəhəng bir laboratoriya kimidir. Çinə səyahət etsəniz siz gələcəyin izlərini orada görə bilərsiniz. Lakin bu ticarət sadəcə onu alanlarda bitmir. 5 il öncə bir media araşdırmasında insanların 4-8 cüt ayaqqabı ilə yaşadığını aşkarlamışdım. İndi isə 25 cüt belə bəs eləmir. İnsan niyə bu qədər ayaqqabıya ehtiyac duysun ki?! Səbəbi ilə maraqlandım. Bir çox səbəblər söylədilər: dəb, bloqlar, bayramlar. Amma məsələ budur ki, bunların heç biri tutarlı bir səbəb deyildir. Sadəcə olaraq internetdə gəzişirlər və nəyi görürlərsə alırlar. Belə spontan davranışı hər şeydə müşahidə etdik. Market alış-verişindən tutmuş, sığorta işlərinə qədər. Əslində düşündüyümüzdə bunu anlamaq o qədər də çətin deyil. Çinli istehlakçıların çoxu hələ orta və ya yeni həyat tərzində yenidilər. Hər şeyi almağa özlərində güclü bir istək duyurlar. Bu da çox asan başa gəldikdə belə nəticələr verir. Bir moda şirkəti mənə müştərilərinin onu bəyənmədiyindən şikayətləndikdə ona internetdən məlumat toplamağı məsləhət bildim. Daim müştəri ilə əlaqə və onların istəyini hər an reallaşdırmaq imkanın mövcudluğunu tövsiyyə etdim. Bu böyük mağazaların kiçik studiyalarla əlaqəsi deməkdir. Kiçik studiyalar sifarişi alır və sürətlə təhvil verir. Bu bazarda pərakəndəçilərin ölümü deməkdir. Halbuki onlar ilə bir dəb təhvil verərdilər. Yeni bazar tələbi səbri azaldıb. Tokioada rəfiqəmlə alış-veriş edirdim. Gəlib kassada gözlədik. Bizdən qabaq bir neçə adam var idi. Biz aldığımız şeyləri orada tullayıb mağazadan aralandıq. Çünki onu hesablatmağa səbrimiz qalmamışdı. Bu bizim nümunəmizdə insan övladının nə qədər səbirsiz olduğunu bir daha göstərir. Buna Çində Alibaba əla nümunədir. Müştəriyə sadiqlik. Anında məhsul qapındadır.

 

Bir dəfə rəfiqəm dedi ki, artıq xəyalların gercəkləşir. Qayınanam qəfildən bizə gələndə onu təəccübləndirə bilirəm." Əslində insanları bu şəkildə heyrətləndirəcək qədər malları təhvil vermək çox bahalıdı. Ona görə Hema şəbəkəsi marketlər inşa edib. Bu marketlərdə akvariumlar da var. Diri balıq əldə etmək üçün. 30 dəqiqəyə sifarişiniz sizin ixtiyarınızdadır. Hemanın onlayn sifariş xidməti və Şanxay kimi sıx bir bölgədə 20 mağazası var. Bəs pul qazanırlarmı? Bəli qazanırlar. Adi marketlərdən qatbaqat çox gəlir əldə edirlər.

 

Çində hazırda yüksələn trendlərdən biri də sosial alış-verişdir. Bütün dünyada bu alış-veriş bir az fərqlidi. Siz məsələn malı Feysbukda görürsünüz, saytı açırsınız və oradan sifariş edirsiniz. Çində isə bu fərqlidi. Bu istehlakçı Çində orta hesabla 1 saatını alış-verişə xərcləyir. Bu ABŞ-dakından 3 qat daha çoxdur. Bu asılılıq haradan gəlir? Bu kiçik ekranda əslində nə edirlər. Bu artıq reklamlarla və cazibədar görünüşlə bizi yoldan çıxaran alış-verişin sosiallaşmasıdır. Təsəvvür edin təkcə onlayn xidmətlə Çinin qida şirkəti olan Squerrel 3 ilə yarım milyar dollarlıq bir iş qurub. Bunu 7/24 onlayn ximətdə duraraq 300-500 assitantla həyata keçirib. Sosial şəbəkədə onlar sizin məhlə dostlarınız kimidir. Bu gün bu saydıqlarımın Çində reallaşan yeniliklərin yalnız bir hissəsidir. Gələcək isə bu laboratoriyadan çıxacaq.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system