NAMAZ VAXTLARI:
  • FƏCR 06:27
  • GÜN 07:54
  • ZÖHR 12:34
  • ŞAM 17:33
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Kolbasa və sosiska istehsal edən bəzi müəssisələrin fəaliyyətində nöqsanlar aşkarlandı

Oxundu: 185
Kolbasa və sosiska istehsal edən bəzi müəssisələrin fəaliyyətində nöqsanlar aşkarlandı

Azərbaycanda ət və ət məhsulları, o cümlədən kolbasa və sosiska istehsal edən bəzi müəssiələrin fəaliyyətində nöqsanlar aşkarlanıb.

"İslaminSesi.info"  bildirir ki, bu barədə report-un sorğusuna cavab olaraq Azərbayca Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

 

"Digər qida sahəsində fəaliyyət göstərən təsərrüfat subyektləri kimi ət və ət məhsullarının satışı müəssisələrində də AQTA tərəfindən "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestr"indən çıxarış alınaraq yoxlamalar həyata keçirilir. Həyata keçirilən yoxlamalar zamanı bir sıra müəssisələrin havalandırma sistemi ilə təmin edilmədiyi, tavan, döşəmə və divarlar asan yuyulan gigiyenik materiallarla üzlənmədiyi, eyni zamanda ətin satışı, saxlanması və emalı üçün bazarda baytarlıq-sanitariya tələblərinə uyğun şəraitin olmadığı müəyyən edilib. Hazırda bu sahədə aidiyyəti üzrə tədbirlərin həyata keçirilməsi davam etdirilir", - AQTA-dan bildirilib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system