Köçəri və nadir quşların ovlanması ilə bağlı vacib fətva

Oxundu: 2593
Köçəri və nadir quşların ovlanması ilə bağlı vacib fətva

Köçəri quşların, nəsli kəsilməkdə olan quşların ovlanması haqda, onların satılması və onlardan gəlirin əldə edilməsi haqda 4 tanınmış müctəhidin dəftərxanasına sual ünvanlanıb

İslaminSesi.info xəbər verir ki, Azərbaycanda olduğu kimi İranda və İraqda da ov mövsumu mövcuddur. Bəzən həvəskar və peşəkar ovçular və hətta adi insanlar belə aidiyyatı dövlət qurumlarının ovlamanın qeyri-qanuni hesab etdiyi zamanda belə köçəri və nadir quşları ovlamaqdan əl çəkmirlər.

 

Mərkəzi İranda olan “Bəhrul-Ülum” mədəni-maarif müəssisəsi köçəri və nadir quşların ovlanması haqda şəriətin buyurduğu öhdəliyin müəyyənləşməsi üçün 4 müctəhidin dəftərxanasına sual ünvanlayıb.

 

Verilən sualda köçəri və nadir quşların yalnız bir bölgənin deyil bütün dünya təbiətinə və insanlarına məxsus olduğu önə çəkilib. Sualda, ovların davam edəcəyi təqdirdə köçəri quşların yumurtalaması və bala verməsinin əngəllənməsi və habelə nadir quşların nəslinin kəsiləcəyi məsələsi də önə çəkilib.

 

Ayətullah Sistaninin dəftərxanasından verilən cavabda deyilir ki, Ayətullah Sistani qeyri-qanuni (aidiyyatı yerli rəsmi orqanların qeyri-qanuni hesab etdiyi) ovlara icazə vermir.

 

Ayətullah Ələvi Qorqaninin dəftərxanasının verdiyi cavabda deyilir ki, müxtəlif nadir quşları qorumaq hamıya vacibdir. Onları ovlayanlar və bundan qazanc əldə edənlərin işi qeyri-şəridir.

 

Ayətullah Məkarim Şirazinin dəftərxanasından verilən cavabda deyilir ki, təbiətə mənfi nəticələr verəcək bu tip ovlama icazəli deyil və haramdır.

 

Ayətullah Xameneinin dəftərxanası da bundan öncə məsələ ilə bağlı verilən sualı cavablandırıb və aidiyyatı qurumların qeyri-qanuni ov hesab etdiyi zaman ovlamağın icazəli olmadığını bildirib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system