DÜNYA

Oxundu: 39
Kiyevdə polislə aksiyaçılar arasında toqquşma baş verib - Saakaşvili prezidentə çağırış edib

Kiyevdə polislə aksiyaçılar arasında toqquşma baş verib - Saakaşvili prezidentə çağırış edib

İslaminSesi.info RİA-yə istinadla xəbər verir ki, Ukrayna polisi bu səhər ölkənin Ali Radasının qarşısında korrupsiyaya qarşı etiraz əlaməti olaraq ukrayna vətəndaşlarının saldıqları çadırlara Saakaşvilinin axtarışı ilə əlaqədar olaraq basqın edilib.

Mülki geyimli polisləri sayı onlarla nəfər olub. Mitinqçilərdən biri bildirib ki, aksiyaçılar polisə qarşılıq verib və nəticədə xəsarət alanlar olub. Mitinqçilər Saakaşvilini verməyiblər. 

 

 

Polisdən bildirilib ki, nümayişçilərin çadırlarına keçirilən əməliyyat aksiyanı təşkil edən "Yeni Qüvvələr Ruhu" partiyasının lideri Mixail Saakaşvilinin axtarışı ilə bağlıdır. 

 

Saakaşvili çadır şəhərciyində görünmür, lakin mitinqçilər iddia edir ki, o öz çadırımdadır. Onun yanında mühafizəçilər durur, jurnalistləri yanına buraxmırlar. İndi hadisə yerində vəziyyət sakitdir.

 

Ölkənin baş prokuroru Saakaşviliyə polis idarəsinə gəlməsi üçün 24 saat vaxt verib. Gürcüstan Respublikasının sabiq prezidenti və Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili hadisə ilə əlaqədar olaraq ölkə prezidenti Pyotr poroşenkoya çağırış edib.
 
"Mən Poroşenkoya müraciət edirəm: bu təxribatlar sizə nəyə lazımdır? Hücum etməyin və insanları özünü müdafiə etməyə məcbur etməyin! Bu, dinc aksiyadır! Yəni təcrübə sizə heç nəyi öyrətməyib?!" - deyə siyasətçi "Facebook"da yazıb.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system