KİV: Ağ Ev Senatda 1915-ci il hadisələri ilə bağlı qətnaməni bloka salıb

Oxundu: 84
KİV: Ağ Ev Senatda 1915-ci il hadisələri ilə bağlı qətnaməni bloka salıb

ABŞ-ın Respublikaçı senatoru Kevin Kramer Ağ Evin tələbi ilə qondarma “erməni soyqırımı”nı tanıyan qətnaməni Senatın səs verməsində bloka qoyub.

 İslaminSesi-nin məlumatına görə, bu barədə "Axios" xəbər saytı vəziyyətlə tanış olan mənbəyə istinadən xəbər verir.

 

“Amerika Birləşmiş Ştatları Prezidenti Donald Tramp, Londonda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşlər keçirdi. İnanıram ki, bu qətnaməni qəbul etmək üçün uyğun vaxt deyil. Bu qətnamə Tramp administrasiyasının diplomatik səyləri üçün zərərlidir", siyasətçi Senatdakı çıxışında bildirib.

 

"Anadolu" agentliyi xəbər verir ki, bundan əvvəl Respublikaçılar partiyasının senatorları Lindsey Qraham və Devid Purdu da qətnaməyə dair səsvermə keçirilməsinə mane olub./SalamNews/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system