NAMAZ VAXTLARI:
  • FƏCR 05:03
  • GÜN 06:25
  • ZÖHR 12:35
  • ŞAM 19:01
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

MÖVQE

Oxundu: 2502
“Kimsə müraciət etməyibsə, onunla bağlı işə baxılmayacaq” - Əliməmməd Nuriyev

“Kimsə müraciət etməyibsə, onunla bağlı işə baxılmayacaq” - Əliməmməd Nuriyev

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib. İclasda əfvlə bağlı 100-ə yaxın müraciətə baxılıb və onların əksəriyyətinə müsbət rəy verilib

 Komissiyanın iclasları yekunlaşandan sonra əfv olunacaq şəxslərin siyahısı Prezidentə təqdim olunacaq. Əfv sərəncamının Novruz bayramı ərəfəsində imzalanması gözlənilir. Eyni zamanda hüquq müdafiəçisi Sədaət Bənənyarlı da bu günlərdə əfv yazmayacaq şəxslərin belə əfv siyahısına salınacağına dair fikirlər də səsləndirmişdi.

 

Bəs görəsən bütün bunların fonunda imzalanacaq əfv sərəncamı islamçı məhbuslardan kimlərəsə şamil ediləcəkmi?

 

İslaminSesi mövzunu Əfv Məsələləri Komissiyasının üzvü, hüquqşünas Əliməmməd Nuriyevlə müzakirə edib. Komissiyanın üzvü bildirib ki, müraciətlərə baxılarkən şəxslərin əqidələri deyil, etdiyi cinayətlərlə bağlı məsələlər, zərərçəkmişlərin mövqeyi, dövlətin, cəmiyyətin maraqları əsas götürülür: “ Balansı təmin etməklə rəylər verilir. Digər tərəfdən iclasda hər hansı bir şəxslə bağlı məsələyə baxılması, hələ qərarın verilməsi demək deyil. Çünki son qərarı ölkə başçısı verir. Bu da əfv sərəncamında ifadə olunur”.

 

Əliməmməd Nuriyevin sözlərinə görə, müraciətlər müzakirə olunan ərəfədə hər hansı bir informasiyanın verilməsi doğru deyil: “ Qanunvericilik bu informasiyaların yayılmasına icazə vermir. Lakin hər kəsin müraciətinə komissiya tərəfindən ətraflı baxılır. Müraciət etməyənlərin isə adlarının siyahıya salınması mümkün deyil. Digər tərəfdən Əfv məsələləri üzrə komissiyanın əsasnaməsinə görə, məhkumun özü, onun nümayəndəsi, QHT-lər, Milli Məclisin deputatları, valideynləri müraciət etmək hüququna malikdir. Kimsə müraciət etməyibsə, onunla bağlı işə baxılmayacaq”.

 


Komissiya üzvü vurğulayıb ki, məhbuslara vahid yanaşma mövcuddur: “Əgər şəxs Azərbaycan Respublikasının vətəndaşıdırsa, etdiyi əməllə bağlı məsələlər, həbs müddəti əfv-ə uyğundursa, o zaman əfv olunur. Kimsə killerdirsə, terrorçudursa, o zaman bu qisim məhbuslara yanaşma təbii ki fərqlidir”.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR MÖVQE XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system