Kim daha çox yaşayır - kök insanlar yoxsa arıq?

Oxundu: 35
Kim daha çox yaşayır - kök insanlar yoxsa arıq?

Artıq çəkili insanlar normal çəkiyə sahib insanlarla müqayisədə 13 il az yaşayır.

 

İslaminSesi Medicina.az-a istinadla bildirir ki, bu barədə türkiyəli mütəxəssis Rəcəb Aktimur məlumat verib.

 

Onun sözlərinə görə, piylənmə son zamanların ən çox yayılan xəstəliklərindəndir:

 

"Aparılan araşdırmalar göstərir ki, uşaqlıqda kök olanların 70 faizi böyüyəndən sonra da artıq çəkili olurlar. Belə insanlarda xəstəliklərin görünmə riski daha yüksəkdir. Fiziki və psixoloji cəhətdən daha ağır həyat keçirdirlər".

 

Mütəxəssis həmçinin piylənmə üzrə olan cərrahi əməliyyatların vacibliyini vurğulayıb.

 

"Dünyanın hər yerində bu növ əməliyyatlar mövcuddur. İnsana görə əməliyyat seçimi dəyişə bilər. Cərrahi əməliyyatdan sonra isə pasiyent tamamilə yaxşılığa doğru dəyişir", - deyə Aktimur qeyd edib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SOSİAL XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system