DÜNYA

Oxundu: 62
Kim Çen In Cənubi Koreyaya baş çəkmiş nümayəndə heyəti ilə görüşüb

Kim Çen In Cənubi Koreyaya baş çəkmiş nümayəndə heyəti ilə görüşüb

İslaminSesi.info KCNA-ya istinada xəbər verir ki, bazar ertəsi KXDR hökümətinin rəhbəri Kim Çen In Pxençxan Qış Olimpiya Oyunlarının açılışı üçün Cənubi Koreyaya baş çəkmiş şimali koreyanın yüksək səviyyəli nümayəndə heyəti ilə görüşüb.

Nümayəndə heyəti Kimə səfər haqqında müfəssəl hesabat verib. Məruzəni aldıqdan sonra Kim Çen In razılığını bildirib və deyib ki, KXDR nümayəndə heyətinin Cənub tərəfindən qəbul edilmə şərtləri olduqca təsirlidir.

 

Kim Çen In, həmçinin Şimal və Cənub arasındakı "barış və dialoqun səmimi mühitinin canlandırılmasının" davam etdirilməsini vacib adlandırıb və müvafiq qurumlara bunun üçün işgüzar tədbirlər görmələri üzrə proqram tapşırıqlarını verib.

 

Qeyd edək ki, KXDR-in 22 nəfərdən ibarət nümayəndə heyəti Qış Olimpiya Oyunlarının açılışı münasibətilə ötən cümə günü xüsusi reyslə Cənubi Koreyaya gəlib və Cənubi Koreya prezidenti Mun Ce-in və ölkənin baş naziri Li Nak Yon ilə danışıqlar aparıb. KXDR nümayəndə heyəti görüş zamanı Mun Ce-inə Kim Çen Inın adından KXDR-ə səfər dəvətnaməsini təqdim edib.

 

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system