HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 408
Kiberhücumlara görə Rusiyaya qarşı sanksiyalar “yalnız başlanğıcdır” - Pentaqon rəhbəri

Kiberhücumlara görə Rusiyaya qarşı sanksiyalar “yalnız başlanğıcdır” - Pentaqon rəhbəri

Pentaqon rəhbəri Eşton Karter Kremlin göstərişi ilə ABŞ-ın seçki sisteminə qarşı həyata keçirilən kiberhücumlara cavab olaraq Rusiyaya təzyiq göstərməyə davam edəcəklərini bildirib.

İslaminsesi-nin rg.ru -ya istinadla verdiyi məlumata görə, Karter Pentaqonda keçirilən mətbuat konfransında "Bəzi əks-tədbirlər artıq atılmışdır. Bilməlisiniz ki, bu, yalnız başlanğıcdır, nəinki son" - deyə, bəyan edib.

 

Xəbər verdiyimiz kimi ABŞ öz seçki sisteminə edilən kiberhücumlara görə Rusiyanı günahlandıraraq 35 rusiyalı diplomatın ölkədən çıxması, həmçinin Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin və Baş Kəşfiyyat İdarəsinin rəhbərliyinə qarşı sanksiyalar tətbiq edilməsinə sərəncam verib.

 

Bundan əlavə, bir qrup amerikalı senatorlar Rusiyaya qarşı əhatəli sanksiyaların tətbiq edilməsi ilə bağlı əvvəl bəyan edilmiş qanun layihəsinə baxılması üçün Senata müraciət edib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system