Kəşmirdə 500 nəfər Hindistan hökuməti tərəfindən saxlanılıb

Oxundu: 102
Kəşmirdə 500 nəfər Hindistan hökuməti tərəfindən saxlanılıb

Cəmmu və Kəşmir ştatları xüsusi statusdan məhrum edildikdən sonra qarışıqlıqların qarşısının alınması məqsədi ilə təxminən 500 nəfər Hindistan təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

İslaminSesi-nin Swissinfo-ya istinadən verdiyi xəbərə görə, bu haqda Hindistan KİV-ləri məlumat yayıb.

 

Bundan başqa, məlumata əsasən, Pakistan və Hindistan sərhədində iki ölkənin hərbçiləri arasında atışma baş verib.

 

Dehlinin qərarından sonra ştatda etiraz aksiyaları keçirilib. Bu səbəbdən hökumət mobil rabitəni və interneti kəsmək qərarına gəlib.

 

Xatırladaq ki, daha öncə Hindistanın rəhbərliyi Cəmmu və Kəşmirin xüsusi statusunu ləğv edərək bu ərazini Dehlinin birbaşa nəzarətinə alıb.

 

Buna cavab olaraq, Pakistan hökuməti Hindistanla diplomatik münasibətləri daha aşağı səviyyəyə gətirmək və bu ölkəylə ikitərəfli ticarəti dayandırmaq göstərişini verib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system