NAMAZ VAXTLARI:
  • FƏCR 05:01
  • GÜN 06:23
  • ZÖHR 12:35
  • ŞAM 19:04
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

“Kəşmir Britaniyanın qəsdən açıq saxladığı bir yaradır” – Ayətullah Xamenei

Oxundu: 455
“Kəşmir Britaniyanın qəsdən açıq saxladığı bir yaradır” – Ayətullah Xamenei

İslam İnqilabı Rəhbəri Kəşmir məsələsinə münasibət bildirib.

 

“İslaminSesi” Tasnimə istinadən xəbər verir ki, İslam İnqilabı Rəhbəri Ayətullah Seyyid Əli Xamenei çərşəmbə günü ölkə prezidenti və hökümət nümayəndələri ilə görüşdə Kəşmir məsələsinə münasibət bildirib və Hindistan hökümətindən ədalətli davranış gözlədiyini qeyd edib. İnqilab Rəhbəri tarixi də təhlil edərək Kəşmiri İngiltərənin açıq buraxdığı yara kimi vəsf edib:

 

"Bizim Hindistan dövləti ilə yaxşı əlaqələrimiz olmasına baxmayaraq, onlardan gözləntimiz budur ki, şərəfli Kəşmir camaatına qarşı insaflı siyasət yürütsünlər. Bölgənin bu müsəlman xalqına güc tətbiq olunmasın. Hindistan və Pakistan arasında Kəşmir məsələsiylə bağlı mövcud olan problem vaxtilə İngiltərənin xəbis addımlarının nəticəsidir. İngiltərə Kəşmirdə gərginliyin davamı üçün bölgədə bu yaranı qəsdən açıq saxladı və bölgəni tərk etdi."

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system