NAMAZ VAXTLARI:
  • FƏCR 06:24
  • GÜN 07:50
  • ZÖHR 12:32
  • ŞAM 17:33
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Kerri: Bu iki şəxs bizdən İranı dərhal bombalamağımızı istəyirdi

Oxundu: 298
Kerri: Bu iki şəxs bizdən İranı dərhal bombalamağımızı istəyirdi

ABŞ-ın sabiq dövlət katibi Con Kerri Almaniyanın Münhen şəhərində keçirilən konfransda çıxışı zamanı İranla əldə edilən nüvə sazişinin bəzi pərdəarxası təfərrüatlarını açıqlayıb.

İslaminSesi.info əl-Məyadin telekanalına istinadla xəbər verir ki, sabiq dövlət katibi Con Kerri Münhendəki təhlükəsizlik konfransında çıxışı zamanı iki ərəb siyasətçisinin İranı vurmaqla bağlı israrından söz açıb.

 

O, çıxışı zamanı bildirib ki, Səudiyyə Ərəbistanın sabiq kralı Abdullah bin Əbdüləziz və Misirin sabiq diktatoru Hüsnü Mübarək nüvə anlaşması danışıqlarından öncə ABŞ-dan tələb edirdilər ki, İran bombalansın.

 

Con Kerri bu çıxışı əsnasında İsrail baş naziri Benyamin Netanyahunun “İran 10 il sonra nüvə arsenalına malik olacaq”, fikrinin yanlış olduğunu bildirib və hazırkı nüvə anlaşmasının qalmasının zəruri olduğunu vurğulayıb.

 

C.Kerri, ABŞ prezidenti Donald Trampın nüvə sazişini ləğv etmək cəhdlərinə toxunaraq belə xəbərdarlıq edib:

 

“İranla nüvə sazişini pozsaq onda gərək bombalayaq. Bunu da biz istəmirik”

 

Xatırladaq ki, İran və Altılıq ölkələri 2015-ci ildə nüvə sazişinə nail oldular. BMT Təhlükəsizlik Şurasının təsdiqlədiyi bu saziş 2016-cı ilin yanvarından icra edilməyə başlayıb.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system