Kərbəlada avtobus partladılıb - Ölənlər var /YENİLƏNİB/ - Video

Oxundu: 627
Kərbəlada avtobus partladılıb - Ölənlər var /YENİLƏNİB/ - Video

Müqəddəs Kərbəla şəhərində avtobus partlayıb.

 

İslaminSesi.info əl-Aləmə istinadən xəbər verir ki, hadisə Kərbəla şəhərinin Bağdad istiqamətindən şəhərə girişində 45-ci məhəllədə baş verib.

 

Avtobusda 14 sərnişindən 9-nın öldüyü, qalanlarının isə yaralandığı bildirilir.

 

Kərbəla əyalət  təhlükəsizlik komitəsinin üzvü Nafi Mayalinin bildirdiyinə görə avtobus benzindən qaza keçid sistemli olduğu üşün belə bir faciə baş verib.

 

Ölənlərin altisinin bir ailənin üzvləri olduğu, aralarında azyaşlıların da olduğu bildirilir. (hansı ölkə vətəndaşları olduğu barədə hələki məlumat verilməyib)

 

***************************************

 

Alforatnews-ın məlumatına görə avtobus partladılıb. Şahidlərin verdiyi məlumata görə partlayışdan az öncə yolda bir şəxs avtobusa minib, 1 km-dən sonra avtobusdan enib, az sonra partlayış baş verib. Təhlükəsizlik qüvvələri dərhal hərəkətə keçib və həmin şəxsi yeməkxanaların birində tərksilah edərək ələ keçirib.

 

Son məlumata görə ölənlərin sayı 12-ə çatıb. 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system