NAMAZ VAXTLARI:
  • FƏCR 06:31
  • GÜN 07:58
  • ZÖHR 12:37
  • ŞAM 17:35
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Kərbəla şəhidlərinin dəfn olunması – 12 məhərrəm

Oxundu: 312
Kərbəla şəhidlərinin dəfn olunması – 12 məhərrəm

Özünü İslamın xəlifəsi hesab edən Yezid (l) Peyğəmbər (s) ailəsinə amansız divan tutdu.

İslaminSesi.info - Bu gün məhərrəm ayının 12-si Kərbəla şəhidlərinin dəfn olunan günüdür. Aşura günü şəhid olanların sayı barədə müxtəlif fikirlər var. Bəzi mənbələrdə 100, 139 və ya 72 nəfər qeyd olunur.

 

 

İmamın (ə) şəhadəti ilə döyüş bitdi. Ömər Səd məlun öz əsgərlərinin dəfninə göstəriş verdi. Onlar dəfn olunduqdan və əsirlər tam ələ keçirildikdən sonra məhərrəmin 11-i axşam əsirlər karvanı Kufəyə yola salındı. Bu müddət ərzində şəhidlər dəfn olunmamışdı. Heç bir tayfa yaxına gələ bilmirdi.

 

 

Şam qoşunu yola düşdükdən sonra yaxında olan Bəni Əsəd qəbiləsinin qadınları kişilərini məcbur edib döyüş yerinə göndərdi. Tarixçilər Kərbəla şəhidlərini Bəni Əsədin dəfn etdiyini söyləyirlər. Hətta bəzi mənbələrdə İmam Zeynul Abidinin də (ə) orda olduğunu, cəsədləri seçib, tanımağda yardım etdiyi də deyilir (ola bilsin o Həzrətə bu iş üçün müəyyən vaxtda icazə verilib).

 

 

Bəzi hədislərə görə İmam Hüseyn burada bir sıra məkanları Aşurada şəhid olacaq şəxslərin dəfni üçün əvvəldən almışdı. Bəni-Əsəd qəbiləsinin üzvləri  cənazələri bir-bir dəfn etdilər. Onlar İmamı həmin atdan düşdüyü və şəhid edildiyi yerdə də dəfn etdilər. İmamın (ə) ayağının aşağı tərəfində isə digər şəhidlər üçün məzar qazdılar.

 

 

Şəhidlərin başları kəsilmiş, bədənləri atların ayaqları altında parçalanmışdı. Təkcə Hürr İbn Riyahi və balaca Əli Əsğərdən (ə) başqa hamının başı kəsilmişdi. Çünki İmam (ə) sağlığında onları özü dəfn etmişdi.

 

Həmçinin bu gün məhərrəmin 12-si Kərbəla əsirlərinin - peyğəmbər (s) ailəsinin əsir edilmiş, zülm edilmiş halda Kufə sarayına, İbn Ziyadın sarayına gətirildiyi gündür...

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system