Kərbəla şəhərinə giriş-çıxış 4 günlük bağlandı - Zəvvarlardan üzr istənildi (Foto)

Oxundu: 372
Kərbəla şəhərinə giriş-çıxış 4 günlük bağlandı - Zəvvarlardan üzr istənildi (Foto)

Kərbəla şəhərinin ağsaqqal və əşirət böyüklərinin göstərişi ilə şəhərə və ərtaf ərazilərə giriş-çıxış 4 günlük bağlanıb.

 

İslaminSesi Alalam-ə istinadən xəbər verir ki, ağsaqqalar və əşirət böyükləri Kərbəla ziyarətinə gəlmək istəyən bütün zəvvarlardan üzr istəyiblər və bunu təhlükəsizliyin tam təmin edilməsi ilə əlaqələndiriblər.

 

Verilən açıqlamada bildirilir ki, sosial şəbəkələr üzərindən insanları Kərbəla şəhərinə gəlmək, oradan da Bağdada gedib “cihad” etmək dəvəti göndərilib. Bu səbəbdən əşirət böyükləri və ağsaqqallar qabaqlayıcı tədbir görmək qərarına gəliblər.

 

Əşirət böyükləri insanlara və müqəddəs məkanlara zərər dəyməsindən ehtiyyat etdiklərini bildiriblər.

 

Xatırladaq ki, son iki gündə Bağdadda dinc etirazçılara qarşı naməlum silahlılar tərəfindən aşkar şəkildə atəş açılıb. 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system