NAMAZ VAXTLARI:
  • FƏCR 05:06
  • GÜN 06:26
  • ZÖHR 12:34
  • ŞAM 18:57
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Kərbəla məhərrəmin 7-ci günündə - "Bir qurtum su verməyin!"

Oxundu: 168
Kərbəla məhərrəmin 7-ci günündə -

Məhərrəm ayının yeddisində artıq Kərbəlada Yezidə məxsus 20 000 silahlı var idi.

Bu gün məhərrəm ayının 7-sidir. Hicrətin 61-ci ilində məhərrəm ayının bu günündə artıq Kərbəlada Yezidə məxsus orduda 20 000 silahlı var idi. Həm də 70-80 həfərə qarşı. İbn Ziyad bacardıqca əsgərləri çoxaldırdı. Görəsən bu qədər qoşuna nə ehtiyac var idi. Hər halda insanın zehninə iki şey gəlir: ya qorxurdu, qorxurdu ki, İmama (ə) ətraf tayfa və qəbilələrdən kömək gələ bilər, ya da istəyirdi ki, onunla bərabər Allah Rəsulunun (s) nəvəsinin qanına şərik olanlar çox olsun. Cələcəkdə onu qınayan az olsun. Özü ilə bərabər nə qədər müsəlmanı da bu qətliama şərik edirdi. Həm də orda olanlardan nə qədəri İmamı (ə) xarici bilirdi.

 

Artıq məhərrəm ayının ikinci günündən Kərbəlaya daxil olan Əhli Beyt (ə) karvanı 5 gündür ki, səhrada məcbur şəkildə yollarından dayandırılmışdı. Bu gün məhərrəm ayının 7-si Kərbəlada Yezid qoşunun suyun qabağını kəsmələri kimi tarixə düşüb. İslamı dini mənbələrdə bu gün ən mühüm hadisələri belə bəyan edilib:

 

İmam Hüseynin (ə) Ömər ibn Səd məlunla görüşməsi. Xuli ibn Yəzid bu görüşmə barədə İbn Ziyada xəbər göndərir. İbn Ziyad da xəbər alan kimi Ömər Sədə məktub yazır. Məktubda qəti şəkildə İmamla (ə) görüşü qadağan edir və Əhli Beytə (ə) bir qurtum su verilməməsini əmr edir.

 

Suyun önünün kəsilməsi. Bu gün Fəratın qarşısı kəsilir və İmamın (ə) karvanı sudan məhrum edilir. İbn Ziyad məktubda belə yazmışdı: Onlara bir damla suyun yetişməsinə icazə verməyin!

 

Beləcə Əmr ibn Həccac Zəbidi məlunu öz oxuları ilə Fəratın önünə keçib Allah Rəsulunun (s) övladlarını sudan məhrum etdi.

 

 /İslaminSesi/

 Yaşar Nuriyev

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system