NAMAZ VAXTLARI:
  • FƏCR 06:31
  • GÜN 07:58
  • ZÖHR 12:37
  • ŞAM 17:35
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Kərbəla faciəsinin ən ağır səfəri – Əsirlər “Bəəlbək” şəhərinə daxil olurlar

Oxundu: 499
Kərbəla faciəsinin ən ağır səfəri – Əsirlər “Bəəlbək” şəhərinə daxil olurlar

İmam Səccad (ə): "Şəm səfəri kimi ağır müsübətimiz olmamışdı"

İslaminSesi - Artıq Aşuradan 19 gün keçir. Bu 19 gün ərzində Peyğəmbər (s) övladları zalım Üməyyənin əlində əsir olaraq Kufəyə aparılmış, min-bir əziyyət və zülmə məruz qalmışdılar.  Əsirlər bir neçə gündən sonra Şam istiqamətində, Yezid sarayına aparılmaq üçün yola düşürlər.

 

Bu gün Əhli Beytin (ə)  Bəəlbək şəhərinə daxil olduğu gündür. Bu şəhər hazırda Livana məxsusdur. Bəəlbək ikinci xəlifənin zamanında xilafətin ərazisinə birləşdirilmiş bir yaşayış məntəqəsi idi.

 

Neçə gündür min bir əzab-əziyyətlə yol gələn Kərbəla əsirləri məhərrəm ayının sonunda, təqribən ayın 28-29-da Bəəlbəkə daxil olur. Şəhər əhalisi gələn əsirləri şadlıqla, şirniyyat, toy-bayramla qarşılayır. Səşər sevinc içində idi. Əhali əsirləri İslam ordusuna məğlub olmuş xarici bilirdilər. Onlar əsirlərlə layiq olmayan tərzdə davranırlar. Şəhər əhalisinin bu cahilanə rəftarına dözə bilməyən Ummu Gülsüm (s), hətta onlara nifrin edir.

 

Həmçinin bəzi mənbələrdə İmam Hüseynin (ə) Xulə adlı kiçik bir qızının bu şəhərdə şəhid olduğu da deyilir. Çətinliklərə və əhalinin alçaq rəftarına dözə bilməyən kiçik xanım bu şəhərdə əbədiyyətə qovuşur. Hazırda məzarı Bələbək şəhərində Əhli Beyt (ə) sevərlərin ziyarətgahına çevrilib.

 

Bəni-Haşim gənçlərinin, Əli (ə) övladlarının qətl edilməsi, qadın və uşaqların əsir edilməsi azmış kimi, bu şəhər əhalisi onlarla layiq olmayan tərzdə davranırdı. Öz acı və kinayəli sözləri ilə onların qəlbini incidirdi. Bu hadisə Aşura günü faciəsi qədər ağır və əzab verici idi. Şəhər əhalisinin müəlman olmasına baxmayaraq onlar öz peyğəmbərlərinin (s) ailəsinə, övladlarına qarşı layiq olmayan şəkildə davrandılar. İmam Səccad (ə) Şam səfərinin acı xatirəsini daim xatırlayar və belə deyərdi:

 

“ Şəm səfəri kimi ağır müsübətimiz olmamışdı. Əllərimizi bir kəndirlə bağlamışdılar. Hətta bizi əsir kimi satmaq istəyirdilər. Amma Allah izin vermədi. Yəhudilər yaşayan məntəqələrdən keçəndə onlara deyirdilər: Bunlar o kəslərdir ki, ataları sizin atalarınızı öldürüblər, evlərinizi viran qoyublar. Siz də bunlardan intiqam alın! Şam qadınları evlərin üstündən başımıza su və od atırdılar. Şəhidlərin başlarını bizim aramıza salırdılar, övladlarına göstərirdilər. Bizi günün altında saxlayırdılar!” ( Təzkikəruş-şühəda. Molla Həbib Kaşani).

 

 Yaşar Nuriyev

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system