NAMAZ VAXTLARI:
  • FƏCR 03:24
  • GÜN 05:12
  • ZÖHR 12:43
  • ŞAM 20:35
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Kəpək istehsalı və satışı vergidən azad olunur

Oxundu: 251
Kəpək istehsalı və satışı vergidən azad olunur

Martın 18-də Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

 

 

"İslaminSesi.info" xəbər verir ki, adıçəkilən komitənin sədri Ziyad Səmədzadə gündəlikdəki məsələlər barədə məlumat verib. 

 

Əvvəlcə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə baxılıb. 

 

Komitə sədri bildirib ki, qanun layihəsində daşınmaz əmlakın üzərində hüquqların dövlət qeydiyyatına alınması prosesinin təkmilləşdirilməsi, çıxarışların kağız formada təqdim olunması prosedurunun tamamilə aradan qaldırılması, onların yalnız elektron üsulla təqdim olunması ilə bağlı müddəalar əks olunub:

 

“Layihəyə əsasən, dövlət reyestrindən çıxarışlar elektron imza ilə təsdiqlənməklə hüquq sahibinin istəyindən asılı olaraq “Elektron hökumət” portalında yerləşdiriləcək və ya digər elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə təqdim olunacaq”.

 

“Dövlət rüsumu haqqında” qanunda ediləcək dəyişikliyə əsasən sənədə yeni “Konüllü dövlət daktiloskopik və genom qeydiyyatının aparılmasına görə tutulan dövlət rüsumunun dərəcələri” məzmunlu 33-6-ci maddə əlavə edilir. 

 

Könüllü dövlət daktiloskopik qeydiyyatının aparılmasına görə 20 manat, könüllü dövlət genom qeydiyyatının aparılmasına görə 250 manat dövlət rüsumu müəyyən edilir.

 

Komitə sədri sonra deyib ki, Vergi Məcəlləsində dəyişiklik edilməsi nəzərdə tutulur:

 

“Bu yöndə dəyişiklik  layihəsində buğda emalı müəssisələrinin səmərəli fəaliyyətinin təmin olunması məqsədilə kəpək istehsalı və satışının 2019-cu ilin martın 1-dən 2 il müddətinə əlavə dəyər vergisindən azad edilməsi və hazırda buğdanın idxalı və satışı, buğda ununun, çörəyin istehsalı və satışına tətbiq olunan güzəştin əlavə olaraq daha bir il uzadılması nəzərdə tutulur “Daşınmaz əmlakın dövlət reyestri haqqında”.

 

“Hesablama Palatası haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi auditə dair hesabatla əlaqədar kənar dövlət maliyyə nəzarəti obyektinin qeyd, irad və rəyinin bildirilməsinin 20 gündən 10 günədək müddətinə azaldılması, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanlarda həyata keçirilən auditə dair məlumatların təqdim edilməsi qaydasının təkmilləşdirilməsi, habelə Hesablama Palatası üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə hazırlanıb.

 

“Banklar haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müştərilərin maraqlarının qorunması məqsədilə kredit müqavilələri üzrə faiz dərəcələrinin, komissiya haqlarının və bank xidmətləri üçün digər ödənişlərin optimallaşdırılmasına görə onların yuxarı həddinin tənzimlənməsini nəzərdə tutur.

Bütün qanun layihələri plenar iclasa tövsiyə edilib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system