NAMAZ VAXTLARI:
  • FƏCR 06:26
  • GÜN 07:53
  • ZÖHR 12:34
  • ŞAM 17:33
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

''Kənd təsərrüfatı məhsullarının ixracında ciddi azalmalar var''

Oxundu: 404
''Kənd təsərrüfatı məhsullarının ixracında ciddi azalmalar var''

Bu ilin yanvarında xarici ticarət dövriyyəsi 2231,6 mln, o cümlədən ixracın dəyəri 1543 mln, idxalın dəyəri isə 688,6 mln dollar olub. Nəticədə 854,4 mln dollarlıq müsbət ticarət saldosu yaranıb.


"İslaminSesi.info" bildirir  ki, məlumatı Dövlət Statistika Komitəsi yayıb.
 
Bildirilir ki, bu ilin yanvar ayında hüquqi və fiziki şəxslər 121 xarici ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 67 ölkəyə məhsul ixrac olunub, 115 ölkədən idxal edilib.
 
Ötən ilin yanvar ayı ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 33,3 faiz artıb, real ifadədə isə 1,9 faiz azalıb.
 
DSK məlumatlarına əsasən, ixracın 27 faizini İtaliyaya, 13,1 faizini İsrailə, 8,0 faizini Avstriyaya, 7,9 faizini Çexiyaya, 6,7 faizini ABŞ-a, 6,5 faizini Kanadaya, 6,4 faizini İndoneziyaya, 4,5 faizini Almaniyaya, 3,8 faizini Gürcüstana, 3,7 faizini Rusiyaya, 3,6 faizini Yunanıstana, 3,4 faizini Türkiyəyə, 1,7 faizini İsveçrəyə, qalan 3,7 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.
 
Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18,3 faizi Rusiya, 12,9 faizi Türkiyə, 9,5 faizi Çin, 8,1faizi Belarus, 7,3 faizi Almaniya, 4,1faizi Ukrayna, 3,9 faizi ABŞ, 3,3 faizi İran, 2,9 faizi Türkmənistan, 2,6 faizi İtaliya, 2,4 faizi Koreya, hər biri 2,3 faiz olmaqla İsveçrə və Birləşmiş Krallıq, 2,2 faizi Qazaxıstan, 17,9 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.
 
Bu ilin yanvar ayında 122,8 mln. dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da ötən ilin yanvar ayına nisbətən faktiki qiymətlərlə 36,1 faiz, real ifadədə isə 34,7 faiz çoxdur.
 
Bu ilin yanvar ayında ötən ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 59,0 %, təzə tərəvəz – 25,9%, tütün – 8,4%, meyvə və tərəvəz şirələri – 33,4%, meyvə və tərəvəz konservləri – 5,3%, təbii üzüm şərabları və üzüm suslosu – 2,2 dəfə, marqarin, qida üçün yararlı digər qarışıqlar – 87,4%, polietilen – 30,4%, pambıq ipliyi – 52,7% artıb, şəkər ixracı isə 61,5%, bitki yağları – 58,2, çay – 29,5%, pambıq lifi – 3,4%, emal olunmamış alüminium – 25,1%, qara metallardan borular – 8,0%, bentonit gili – 30,2% azalıb.
 
2017-ci ilin yanvar ayı ilə müqayisədə 2018-ci ilin yanvar ayında buğda idxalı 2,1 dəfə, təzə meyvə – 34,8 %, bitki yağları – 5,1 dəfə, çay – 49,8 %, mal əti – 24,9 %, quş əti və onun əlavə məhsulları – 3,3 dəfə, qara metallardan borular – 2,7 dəfə, polad prokatı – 14,2 %, minik avtomobilləri – 2,2 dəfə, mineral gübrələr – 41,4 %, rezin şinlər – 79,8 %, qara metallardan çubuqlar – 64,8 %, polietilen – 4,4 dəfə, hesablama maşınları, blok və qurğuları – 3,0 dəfə, qara metallardan künclüklər – 92,8 %, paltaryuyan maşınlar – 17,3 %, sement və sement klinkerləri – 2,0 dəfə, yük avtomobilləri – 78,0 %, məişət soyuducuları – 52,9 %, avtobuslar – 33,3 % artmış, xam şəkər və şəkər idxalı isə 57,3 %, siqaret – 0,8 %, kərə yağı, digər süd yağları və pastaları – 34,0 %, kartof – 24,9 %, təzə tərəvəz – 43,5 %, mebel – 0,7 %, məişət kondisionerləri – 8,2 % azalıb.
 
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov deyir ki, bu ilin yanvar-fevral aylarında ötən ilin eyni dövrü ilə müqayisədə ölkəyə ət idxalı 58 faiz, kəsim üçün gətirilən diri heyvanların idxalı 2,4 dəfə, süd idxalı 2,7 dəfə, buğda idxalı 2 dəfə, çay idxalı 50 faiz, bitki və heyvan mənşəli piylər və yağların idxalı isə 4,1 dəfə artıb.
 
Onun sözlərinə görə, kənd təsərrüfatı məhsullarının ixracında ciddi azalmalar var. Belə ki, çay ixracı 47 faiz, bitki və heyvan mənşəli piylər və yağlar 2,3 dəfə, şəkər idxalı isə 2,7 dəfə azalıb:
 
“Bütün bunlar ondan xəbər verir ki, Azərbaycan hakimiyyətinin apardığı yarıtmaz siyasət nəticəsində kənd təsərrüfatı məhsulları istehsalı kəskin şəkildə azalıb. Bu, həm də o deməkdir ki, ölkə fermerlərinə çatacaq yüz milyonlarla dollar vəsait hər ildə əcnəbi fermerlərin cibinə axır, onların biznesini genişləndirir”.
 
Ekspert bildirir ki, bu ilin ilk aylarında da Azərbaycanda çay ixracı kəskin azalıb. Əvəzində isə idxalın 50 faiz artdığını söyləyir:
 
“Bu ilin yanvarında ölkənin çay ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 47 faiz azalıb. Ümumiyyətlə, ölkənin ərzaq təhlükəsizliyinə olan təminatı zəifləyib. Bu ilin birinci ayında ərzaq mallarının idxalı dəfələrlə artıb, ixracı isə azalıb. İxracda, bitki və heyvan mənşəli piylər və yağlar – 2,3 dəfə, şəkər – 2,7 dəfə azalıb.
İdxalda isə ət - 50 faiz, kəsim üçün nəzərdə tutulan ətlik diri heyvanlar – 2,4 dəfə, süd – 2,5 dəfədən çox, buğda – 2 dəfədən çox, bitki və heyvan mənşəli piylər və yağlar isə 4 dəfədən çox artıb”.
 
Vahid Məhərrəmov digər ərzaq mallarının, kənd təsərrüfatı məhsullarının idxalında da kəskin artım olduğunu deyir.
 
Azərbaycanda müxtəlif kənd təsərrüfatı sahələrinin dövlət tərəfindən dəstəklənməsi 2016-cı ildən prioritet məsələyə çevrilib. Həmin il prezident İlham Əliyev pambıqçılığın, tütünçülüyün inkişaf etdirilməsinə dövlət dəstəyi haqqında, eləcə də 2017-ci ildə “Şəkər çuğunduru istehsalının stimullaşdırılması haqqında” sərəncamlar verib. (meydan.tv)

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system