NAMAZ VAXTLARI:
  • FƏCR 05:30
  • GÜN 06:51
  • ZÖHR 12:26
  • ŞAM 18:19
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Kənd sakinləri əkinçini öldürmüş timsahlardan belə intiqam aldılar

Oxundu: 1472
"

İndoneziyalı kəndlilər bütün timsahları məhv etdi.

İslaminSesi.info bildirir ki, İndoneziyanın Qərbi Papua əyalətində  kəndlilər bir ərazidə yaşayan 292 timsahı məhv edib.

 

Əl-Cəzirənin verdiyi məlumata görə sahədə işləyən bir kişiyə timsah hücum edib və kişini yaralayaraq öldürüb.

 

Timsahın parçaladığı kişini dəfn edib qayıdan qəzəbli kəndlilər timsahlar yaşayan əraziyə gəlib və ərazidə yaşayan bütün timsahları məhv ediblər. Onlar bunula timsahlara “dərs” verdiklərini deyiblər.

 

Ölkənin Təbiəti Mühafizə İdarəsindən bildirilib ki, 48 yaşlı bir kişi heyvanlarına ot yığmaq üçün timsahlar yaşayan əraziyə girib və timsahın hücumuna məruz qalıb. Kəndlilər də həmən şəxsin intiqamını almaq məqsədi ilə ərazidə yaşayan 292 timsahın hamısını xəncərlərlə öldürüblər.

 

Həmçinin idarədən bildirilib ki, timsahlar buraya 2013-ci ildə nəsillərinin qorunması və yenilənməsi məqsədi ilə yerləşdirilib. Həmçinin heyvanlara kütləvi zərər verməmək şərti ilə, əhaliyə bu heyvanlardan istifadə etmək icazəsi verilmişdi.

 

Həmçinin bildirilib ki, işin yenidən bərpası üçün timsah yetişdirmə fermasının sahibinə yardın ediləcək və belə bir halın təkrarlanmasının qarşısı alınacaq. Hadisə istintaq tərəfindən araşdırılacaq və idarə bu işdə istintaqa yardımçı olacaq.

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system