NAMAZ VAXTLARI:
  • FƏCR 06:28
  • GÜN 07:55
  • ZÖHR 12:35
  • ŞAM 17:34
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Kəmaləddin Heydərov və Baba Rzayev hadisə yerində

Oxundu: 530
Kəmaləddin Heydərov və Baba Rzayev hadisə yerində

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov və "Azərenerji" ASC-nin rəhbəri Baba Rzayev Bakının Şüvəlan qəsəbəsində yerləşən "Şimal Elektrik Stansiyası"ında baş vermiş yanğınla əlaqədar hadisə yerinə gediblər.

 

İslaminSesi bildirir ki, bu barədə FHN məlumat yayıb. Məlumata əsasən, elektrik stansiyasının ərazisində yerləşən ehtiyat transformatorda baş vermiş yanğın artıq söndürülüb.

 

*** 17:52

“Şimal Elektrik Stansiyasının ehtiyat blokunun transformatorunda yanğın baş verib və yanğın tez bir zamanda lokallaşdırılıb”. Bu barədə qurumun ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı deyib.

Y.Babanlının sözlərinə görə, qəza elektrik enerjisi istehsalı prosesinə təsir etməyib:

“Baş verən hadisə nə Şimal Elektrik Stansiyasının işinə, nə də ümumi enerji sisteminin fəaliyyətinə heç bir təsir göstərməyib”.

*   *   *17:24

Bakının Xəzər rayonu ərazisi, Şüvəlan qəsəbəsində yerləşən Elektrik Stansiyasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən baku.ws-ə bildirilib ki, yanğın stansiyanın özündədir. Hazırda hadisə yerinə yanğınsöndürən maşınlar, canlı qüvvə və texnikalar cəlb olunub.

“Azərişıq” ASC-nin məbuat katibi Tanrıverdi Mustafayev “Qafqazinfo”ya bildirib ki, yanğının elektrik stansiyasına aidiyyatı yoxdur: “Stansiyanın fəaliyyətində hər şey qaydasındadır. Yanğın stansiyanın ərazisində yox, sadəcə yaxınlığında baş verib. Hazırda elektrik enerjisinin verilməsində də heç bir problem yaşanmayıb”.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system