Kəlbəcərli(!) biznesmen Samvel dağlarımızın balını yığıb Xankəndinə gətirdi ... - FOTO

Oxundu: 73
Kəlbəcərli(!) biznesmen Samvel dağlarımızın balını yığıb Xankəndinə gətirdi ... - FOTO

Bizim bu yaşlardakı gənclər o dağlarımızı yalnız foto və ya videolarda görür...

Dünən – oktyabrın 13-də separatçı-terrorçu rejim Azərbaycanın işğal altındakı Xankəndi şəhərində növbəti məhsul bayramı keçirib.
 
İslaminSesi xəbər verir ki, erməni nəşrlərinin yazdığına görə, tədbirə işğal altındakı digər bölgələrimizin,  eləcə də “Ermənistan” adlanan Qərbi Azərbaycan torpağının da müxtəlif ərzaq və meyvə-tərəvəzi nümayiş etdirilib və satılıb. 
 
 
Kəlbəcərin “Haterk” adlandırılmış Həsənriz kəndində fəaliyyət göstərən “Haterk Food” ərzaq şirkəti də bayramda təmsil olunur.  Şirkətin rəhbəri Samvel Mirzəxanyan bildirib ki, şirkət əsasən bal və bal məhsullarını nümayiş etdirir...
 
P.S. Fotoda gördüyünüz Samvel adlı erməni iş adamının, çox güman ki, 25-26, yaşı olar və bəlkə də elə işğaldan sonra bizim torpaqlarda – Kəlbəcərdə doğulub və yaşayıb. Odur ki, ona de-fakto “kəlbəcərli” demək mümkündür. İşğaldan sonra Bakıda, Sumqayıtda, Gəncədə, Şəkidə və s . doğulmuş ata-anaları Kəlbəcər və digər işğal altındakı bölgələrimizdən olan gənclərimiz isə o dağları, yaylaqları, torpaqları yalnız foto və videolarda görə bilir. O da ki maraqlansa... 
 
P.P.S. Fikirləşin, görün  buna daha nə demək olar?..
/Moderator.az/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system