NAMAZ VAXTLARI:
  • FƏCR 05:25
  • GÜN 06:45
  • ZÖHR 12:48
  • ŞAM 19:09
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

Kəlbəcərdə hər kv.km-də orta hesabla 2, Laçında 3 erməni sülənir- İşğalçılardan etiraf...

Oxundu: 1267
Kəlbəcərdə hər kv.km-də orta hesabla 2,  Laçında 3 erməni sülənir- İşğalçılardan etiraf...

Amma bu fakt Azərbaycan üçün də olduqca utancvericidir...

 
Azərbaycanın işğal altındakı torpaqlarında qondarılmış separatçı-terrorçu  rejimin nəzarət etdiyi bir sıra “rayon”ların faktiki paytaxtı Ermənistanın sərhədə yaxın şəhərləridir. Məsələn, Laçın, Qubadlı, Zəngilandakı ermənilər alış-verişə, iş axtarmağa işğalçı ölkənin Gorus və ya Qafan şəhərlərinə, Kəlbəcər və Ağdərədəkilər isə Vardenisə(Basarkeçər)ə gedirlər.
İslaminSesi Moderator.az-a istinadən  xəbər verir ki, bu fikirlər Sevak Xaçatryan adlı erməni coğrafiyaşünasın erməni saytlarından  birində dərc etdiyi araşdırma materialında səsləndirilir.  Qondarma rejimin “inzibati-ərazi” bölgüsünün dəyişdirilməsini təklif edən üzdəniraq  alim  bunu işğal altındakı torpaqlarda Xankəndi istisna olmaqla digər “rayon” və şəhərlərdə əhali sıxlığının normadan xeyli az olmasıyla da əlaqələndirir.  Erməni coğrafiyaşünasın etirafına görə, hazırda Laçın, Qubadlı, Zəngilan rayonlarının ərazisini əhatə edən qondarma “Kaşataq” rayonunun hər kvadrat kilometrində orta hesabla 3, əsasən Kəlbəcər rayonunun “daxil edildiyi” “Şaumyan rayonu”nda isə cəmi 2  erməni yaşayır (Hələ bu, işğalçıların özlərinin etiraf etdiyi rəqəmdir; reallıqda bəlkə də o Azərbaycan ərazilərinin hər kv.km-də 1 erməni də yaşamır). Məntiqlə belə çıxır ki, hazırda qaçqın əhalisinin sayı 77 minə yaxın olan Laçın rayonunda(ərazisi 1835 kv.km, orta sıxlıq hər kv.km -42 nəfər) təxminən 4-5 min, qaçqın əhalisinin sayı 92 mindən çox olan Kəlbəcər rayonunda isə(ərasisi 1936 kv.km, orta sıxlıq hər kv.km-ə 30 nəfər)  uzaqbaşı, 4 min erməni yaşayır. Qeyd edək ki, Laçın rayonuna aid edilən orta erməni sıxlığı Qubadlı və Zəngilana aiddir... 
Deməli, Ermənistan  bundan sonra 20 il əlləşsə də, sözügedən ərazilərimizdəki demoqrafik problemi həll edə bilməyəcək, yəni, bütün hay-küyə, “dövlət proqramı”na- filana rəğmən o torpaqları normal şəkildə məskunlaşdıra bilməyəcək. Ancaq bu fakt Azərbaycanı heç cür arxayın salmamalıdır. Üstəlik,   məsələnin bizim üçün də bir xalq, ölkə, dövlət  olaraq çox utancverici tərəfi var: belə çıxır ki, cəmi uzağı, 15 min erməni 350 minə yaxın azərbaycanlının yaşamalı olduğu əraziyə yiyələnib... Başqa sözlə, adı şəkilən rayonlarda hər erməniyə qarşı 23-24 azərbaycanlı düşür... Oxşar rəqəm işğal altındakı Füzulinin, Ağdamın, Cəbrayılın da  və s. işğal altındakı ərazilərinə aiddir...

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system