Keçmiş SSRİ-də alman hərbi əsirlərindən nə qədər uşaq dünyaya gəlib? - FOTO + VİDEO

Oxundu: 277
Keçmiş SSRİ-də alman hərbi əsirlərindən nə qədər uşaq dünyaya gəlib? - FOTO + VİDEO

Bütün Avropa ölkələrini əhatə edən İkinci Dünya müharibəsi nəinki şəhərlərin viran qalması, təxminən 50 milyon insanın ölümü, həm də işğal ərazilərində, o cümlədən Sovet İttifaqı ərazisində alman hərbi əsirlərindən uşaqların dünyaya gəlməsi ilə nəticələndi. Bu haqda statistika da var.

İslaminSesi mu-cccr.ru saytına istinadla bildirir ki, keçmiş Sovet İttifaqı ərazisində işğal illərində alman əsgərlərindən 50 min uşaq dünyaya gəlib. Nəzərə alsaq ki, o vaxtlar Sovet İttifaqının işğal edilən ərazilərində 80 milyon, Fransada 40 milyon, Norveçdə 4 milyon insanın yaşayırdı və son iki ölkədə almanlardan doğulan uşaqların sayı müvafiq olaraq 200 min və 12 min idi, onda bu, Avropa ölkələri ilə müqayisədə daha kiçik rəqəmdir.

 

Qeyd edək ki, alman işğalçılarından övladı olan qadınlar SSRİ və Avropada müxtəlif yollarla repressiyaya məruz qalıb. Məsələn, Hollandiyada 500 belə qadın, həmvətənləri tərəfindən heç bir araşdırma aparılmadan öldürülüb. Norveçdə 5 minə yaxın insan həbs edilib, Fransada isə 26 min qadın mülki edam dəyirmanından keçib - kütləvi şəkildə lağa qoyulub, doğranıb və kanalizasiyaya atılıb. Digər 18 min fransız qadın həbsxanaya salınıb, uşaqları isə uşaq evlərinə aparılıb.

 

Sovet İttifaqında isə belə hadisələrlə bağlı daha insani davranılırdı. Məsələn, Molotovun Stalinə ünvanladığı məktubda belə uşaqları uşaq evlərinə yerləşdirmək, adlarını dəyişdirmək və sovet ruhunda tərbiyə etmək təklif edildi. Ancaq əksər hallarda bu məsələ dövlətin diqqətindən kənarda qalır, hər şeyi xalq özü həll edirdi. Elə qadınlar da var idi ki, işğaıçılardan dünyaya gətirdikləri övladlarını özləri öldürürdülər.

 

Сколько родилось детей в СССР от немецких военнопленных

 

Сколько родилось детей в СССР от немецких военнопленных

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ARAŞDIRMA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system