Kazimeyndə böyük izdiham – Şəhidlərin nəşi İmamın (ə) hərəminə aparıldı (VİDEO)

Oxundu: 1892
Kazimeyndə böyük izdiham – Şəhidlərin nəşi İmamın (ə) hərəminə aparıldı (VİDEO)

Qasim Süleymani və Abu Məhdinin nəşi Kazimeyn şəhərində böyük izdihamla İmam Kazim (ə) və İmam Cavad (ə) mübarək hərəminə aparılıb.

 

İslaminSesi xəbər verir ki, şəhid edilən İnqilab Keşikçiləri Korpusunuun (“Sepah”) “Quds” qanadının komandanı general Qasım Süleymani və Haşdu-şaabi komandanlığının müavini Hacı Abu-Məhdi əl-Muhəndisin nəşi bu gün, Kazimeyn şəhərində böyük izdihamla İmam Kazim (ə) və İmam Cavad (ə) mübarək hərəminə aparılıb.

 

Qasim Süleymaninin cənazəsinin vida mərasimi üçün Tehrana gətiriləcəyi bildirilir.

 

Xatırladaq ki, cümə axşamı ABŞ ordusuna məxsus hərbi təyyarə İraqın paytaxtı Bağdadda beynəlxalq hava limanının yaxınlığında Həşd Şəbiyə məxsus iki avtomobilə havadan zərbələr endirib. İran İnqilabı Keşikçiləri Korpusunuun (“Sepah”) “Qüds” qanadının komandanı, general Qasım Süleymani, Haşdu-şaabi komandanlığının müavini Hacı Abu-Məhdi əl-Muhəndis və bir neçə "Haşdu-şaabi" döyüşçüsü (Xalq Səfərbəqlik Qüvvələri) hücum nəticəsində avtomobildə şəhid edilib.

 

 

 

 

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system