NAMAZ VAXTLARI:
  • FƏCR 03:24
  • GÜN 05:12
  • ZÖHR 12:43
  • ŞAM 20:35
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Kanadada hicab qadağasına qarşı kütləvi etiraz aksiyası - FOTO

Oxundu: 247
Kanadada hicab qadağasına qarşı kütləvi etiraz aksiyası - FOTO

Kanadanın Monreal şəhərində minlərlə insan öz huquqlarını müdafiə etmək üçün küçələrə axışıb.

İslaminSesi-nin Gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, bu haqda Journal du Montreal  yazır.

 

Narazılığa səbəb "Dövlətin dünyəvi xarakter daşıması" haqda qanun səbəb olub.

 

Belə ki, Kvebek əyalətinin hökuməti iş vaxtı dövlət qulluqçularının bütün növ dini geyim və atributlardan istifadə etməsini qadağan etməyi təklif etdib.

 

Qanun layihəsinə əsasən, qadağaya müsəlman qadınların baş örtüyü (hicab), xristianların xaçı və sikxlərin əmmaməsi (dastar) daxildir.

 

"Siyasətçilər bizi ayırmağa çalışır: ingiliscə danışanlar fransızca danışanlara qarşı, sadə vətəndaşlar dini miqrantlara qarşı və sair", - deyə Monrealın sikxlər dini cəmiyyətinin üzvü Sinqx Taran bildirib.

 

Onun sözlərinə görə, hökümət, belə qanunlar əvəzinə, vacib məişət problemlərini həll etməlidir, məsələn, xəstəxanalarda növbələrin azalması kimi.

 

Etirazçılar hesab edir ki, yeni qanun islamofobiyanın yayılmasına, qadınların diskriminasiyasına səbəb olur və irqçiliyin təzahürüdür.

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system