NAMAZ VAXTLARI:
  • FƏCR 05:06
  • GÜN 06:26
  • ZÖHR 12:34
  • ŞAM 18:57
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Kanada müsəlmanları yüzlərlə kasıb ailəyə ərzaq paylayır - FOTO

Oxundu: 571
Kanada müsəlmanları yüzlərlə kasıb ailəyə ərzaq paylayır - FOTO

Kanada müsəlmanları mübarək Ramazan ayında Allaha daha yaxın olmaq üçün imkansız ailələrə ərzaq paylayır.

İslaminSesi-nin CBC -yə istinadən verdiyi xəbərə görə, Müsəlman Ərzaq Bankının (Muslim Food Bank) direktoru Əzim Dəhya hesab edir ki, bu mübarək ayda Allahın razılığını qazanmağın ən gözəl yolu acları doydurmaqdır.

 

"Bu ayda biz Allaha daha yaxın olmağa çalışırıq, və yaxşılıq edib insanların həyatını yaxşılığa doğru dəyişmək üçün bizə fürsət verildiyini anlamaq çox gözəl bir hisdir",- deyə o bildirib.

 

Müsəlman Ərzaq Bankı fəaliyyətini təxminən 10 il öncə, Surey şəhərində qarajda qeyri-rəsmi olaraq qida məhsullarının paylamasından başlayıb və hazırda 400 imkansız ailəyə xidmət edən 3500 kvadrat fut ərazisi olan böyük anbara çevrilib.

 

Qeyri-kommersiya müsəlman təşkilatı düyü, un, bitki yağı kimi əsas qida məhsullarını yığaraq ayda iki dəfə yoxsullara paylayır.

 

 

"Bizim dinimizdə kasıblara yardım etmək və nə vaxtsa onların yerində ola biləcəyini daim xatırlamaq çox önəmlidir. Bizim inancımıza görə, əgər sənin din qardaşın ac yatdığı halda, sən toxsansa, deməli, yaxşı müsəlman deyilsən", - deyə Müsəlman Ərzaq Bankının könüllüsü olan Mehmunə Əli qeyd edib.

 

 

Müsəlman ərzaq bankı, həmçinin, Kanadaya gələn Suriya qaçqınlarına da yardım göstərir.

 

Onlardan biri, iki il öncə Suriyadan mühacirət edən 16 yaşlı Əlbaşadır. Hazırda o, təşkilatın könüllülərindəndir.

 

"Yardım alan tərəfdə olmağın nə olduğunu yaxşı bilirəm. Borcumu qaytarmaq mənim üçün şərəfdir",- deyə Əlibaşa vurğulayıb.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system