DÜNYA

Oxundu: 95
Kanada kəşfiyyat aviasiyasını İraqdan geri çəkir

Kanada kəşfiyyat aviasiyasını İraqdan geri çəkir

İslaminSesi.info TASS-a istinadla xəbər verir ki, Kanadanın Müdafiə Nazirliyi İraqda ABŞ rəhbərliyindəki beynəlxalq koalisiya qüvvələrinin tərkibindəki Aurora CP-140 kəşfiyyat təyyarəsini geri çəkməyi qərara alıb. Təyyarə 2017-ci ilin dekabrının ortalarında İraqdan çıxarılacaq.

Bu günədə təyyarə ilə İŞİD-ə qarşı "mübarizə" adı altında 850 hərbi uçuş edilərək müşahidə və kəşfiyyat məlumatları verilib.

 

Aurora qatıtqıdan sonra ABŞ rəhbərliyindəki koalisiya qoşunlarının xidmətinə Kanadanın bir Airbus СС-150 Polaris yanacaqdolduran təyyarəsi, iki CC-130J Hercules nəqliyyat bortu, dörd CH-146 Griffon vertolyotu və kanadalı xüsusi təyinatlılardan ibarət hərbi təlimatçılar qrupu cəlb olunacaq. Bundan başqa, İraqın şimalında kanada hərbi qüvvələrinin2018-ci il aprelin 30-dək fəaliyyət göstərəcək səhra hospitalı fəaliyyət göstərəcək.

 

Kanada dövləti ABŞ koalisiyasına 2014-cü ilin fevralında  qoşulub. 2016-cı il fevralın 18-də baş nazir Castin Tryudonun əmrinə əsasən ölkənin HHQ İraqdakı bombardmanlarını dayandırıb, saylar altı ədəd olan bütün bombardmançı CF-18 təyyarələri Küveytdəki bazadan kanadaya qaytarılıb. Eyni zamanda CP-140 Aurora və Airbus CC-150 Polaris təyyarələri isə Kanadanın Küveytdəki aviabazasında həmkarlarına xidmət üçün saxlanılıb. Kanada bundan əlavə həmin vaxt İraqdakı hərbi müşavirlərinin sayını 69 mindən 230 min nəfərədək artırıb. Bu qüvvələr İraqın şimalında kürd qoşunlarına təlim keçirlər. 

 

Cari ilin iyununda Kanada hökuməti ölkənin İraqda hərbi missiyasını 2019-ci il martın 31-dək uzadıb.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system