Kanada baş naziri sərnişin təyyarəsinin vurulmasına görə ABŞ-ı günahlandırdı

Oxundu: 65
Kanada baş naziri sərnişin təyyarəsinin vurulmasına görə ABŞ-ı günahlandırdı

Kanada baş naziri Ukranya təyyarəsinin vurulmasında əsas amilin ABŞ-İran gərginliyi olduğunu deyib.

 

İslaminSesi Alalam-ə istinadən bildirir ki, Kanada baş naziri Justin Trudeau bu fikirləri “Globalnews”-a verdiyi müsahibədə səsləndirib.

 

Justin Trudeau Ukrayna təyyarəsinin qəzaya uğramasında və oradakı Kanada vətəndaşlarının öldürülməsində əsl səbəbin ABŞ-İran gərginliyinin olduğunu bildirib.

 

"Əgər [ABŞ və İran arasında] bu cür gərginlik olmasaydı, bölgədə son zamanlar müşahidə edilən eskalasiya olmasaydı, o kanadalılar ailələri ilə birlikdə evdə olardılar" deyə baş nazir əlavə edib.

 

Gərginliyin azaldılmasının vacibliyini bildirən baş nazir, bu barədə Donald Trampla da danışdığını, onu arada olan gərginliyi azalmağa çağırdığını deyib.

 

SEPAH komandiri general Qasim Süleymaniyə qarşı edilən terror faktından danışan baş nazir, ABŞ-ın bu barədə heç bir müttəfiqinə məlumat vermədiyini, halbuki öz müttəfiqlərini bu barədə məlumatlandırmalı olduğunu diqqətə çatdıırb.

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system